
"Red Bull" komandasından olan niderlandlı Maks Ferstappen ardıcıl üçüncü dəfə "Formula 1" dünya çempionatının qalibi olub.
"AVESTA.AZ" xəbər verir ki, o, Qətər Qran-prisində sprint yarışında komanda yoldaşı meksikalı Serxio Peres sprinti başa vura bilmədiyi üçün vaxtından əvvəl çempionluğu qazana bilib. Meksikalı 11-ci dövrədə baş verən qəzaya görə sprinti başa vura bilməyib.
Bundan əvvəl 26 yaşlı Ferstappen 2021 və 2022-ci illərdə "Formula 1" yarışında qələbə qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.