10-10-2023, 17:55 463

Fuad Hüseynov:

"Məcburi köçkünlər üçün ədalətin bərpası regionda sülh və sabitliyin təməlidir".

"Report"un xəbərinə görə, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 74-cü sessiyasında çıxışı zamanı deyib.

O, Ermənistanın Azərbaycana qarşı olan işğalçılıq və deportasiya siyasəti, onun tarixi və nəticələri, bu siyasət nəticəsində ağır məhrumiyyətlərlə üzləşmiş qaçqın və məcburi köçkünlər haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Vətən müharibəsində qazandığı qələbə nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qaçqın və məcburi köçkünlük həyatı yaşamağa məcbur olmuş soydaşlarımızın doğma yurdlarına qayıtması üçün imkan yaranıb. Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dəstək və qayğı xüsusi yer tutur, Birinci vitse-prezident Mehriban Əliyeva onların yaşayış şəraitinin yaxşılaşdırılmasını, təhsil, sağlamlıq, mədəni inkişaf məsələlərinin həllini daim diqqətdə saxlayır.

Diqqətə çatdırılıb ki, Böyük Qayıdışın təmin edilməsi məqsədilə qəbul edilmiş Azərbaycan Respublikasının İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla icra edilir. Müasir standartlara uyğun olaraq, bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə 500-dən çox məcburi köçkün ailəsi köçürülüb, bu ilin sonuna qədər ümumilikdə 2000-ə yaxın ailənin işğaldan azad edilmiş ərazilərə qayıdışı təmin ediləcəkdir. Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramına əsasən, 2026-cı ilin sonuna kimi 34 min 500 ailənin işğaldan azad edilmiş ərazilərə köçürülməsi planlaşdırılıb.

Məcburi köçkünlər kimi, 300 mindən çox azərbaycanlı qaçqının da tarixən yaşadığı torpaqlara təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququ var. Azərbaycan ədalətli və konstruktiv əməkdaşlıq ruhunda miqrasiya və qaçqınlarla bağlı beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün ciddi səylər göstərir. Dövlət Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı dəfələrlə, rəsmən bəyan edib ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq, vətəndaşlarımızla eyni hüquqlara malik olacaqlar. Azərbaycan Ermənistan sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi yenidən inteqrasiya etməkdə qərarlıdır.

Vurğulanıb ki, Azərbaycanın regionda sülhün əldə olunması üçün göstərdiyi xoş niyyətə və üçtərəfli Bəyanata əməl etməyə dəfələrlə çağırışlar etməsinə, bütün erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərindən çıxarılmasını tələb etməsinə baxmayaraq, Ermənistan minaları yerləşdirməyə və Azərbaycanın suveren ərazisində qanunsuz silahlı birləşmələr saxlamağa davam edib. Azərbaycan hərbi təxribatlara cavab olaraq, beynəlxalq humanitar hüquq normalarına tam uyğun olaraq, yerli antiterror tədbirləri həyata keçirib və zərərin qarşısının alınması üçün bütün tədbirlər görülüb. Bu zaman mülki əhali və infrastruktur hədəfə alınmayıb.Qarabağı tərk etmək istəyən ermənilərə təhlükəsiz şərait yaranıb, onlara zəruri tibbi, qida və digər dəstək verilib. Oktyabrın əvvəlində BMT-nin Qarabağa səfər etmiş missiyası da mülki infrastruktura ziyan dəymədiyini, mülki şəxslərə qarşı zorakılıq faktı qeydə alınmadığını bildirib.

Qeyd olunub ki, Ermənistan bütün yaşayış sahələrini yerlə-yeksan edib, Azərbaycan torpaqlarını mina və digər partlamamış hərbi sursatlarla o dərəcədə çirkləndirib ki, bu gün beynəlxalq ekspertlərin fikrincə, bu dünyada minalarla ən çox çirklənmiş ərazilərdən biri hesab olunur. 2020-ci ildən indiyədək işğaldan azad edilmiş ərazilərdə 331 azərbaycanlı mina nəticəsində həlak olub və yaralanıb, onların arasında 30 ildir doğma yurduna qayıdışı səbirsizliklə gözləyən məcburi köçkünlər də var.

Ərazilərin minalarla çirkləndirilməsi və infrastrukturun tamamilə məhv edilməsinə baxmayaraq, beynəlxalq ictimaiyyətin birgə səyləri ilə Azərbaycan yaxın bir neçə ildə məcburi köçkünlərin münaqişədən sonrakı reabilitasiyası və reinteqrasiyasının yeni modelini təqdim etmək iqtidarında olacağına əminlik ifadə olunub. Bildirilib ki, məcburi köçkünlər üçün ədalətin bərpası regionda istənilən uzunmüddətli sülh və sabitliyin möhkəm təməlidir və bu baxımdan uzun müddət davam edən bu münaqişəyə son qoyulması bu faciənin insan siması olmuş məcburi köçkünlərin əsas fundamental hüquqlarının bərpası deməkdir.

Paylaş

Xəbər lenti

Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR