10-10-2023, 20:38 536

“Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” Avropa Forumu Madriddə baş tutub

İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” Avropa Forumu baş tutub.

"AVESTA.AZ" xəbər verir ki, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın İspaniyadakı Səfirliyinin rəsmi tərəfdaşlığı ilə keçirilən tədbir zamanı Madriddə fəaliyyət göstərən diplomatik korpusun heyəti, qeyri-hökumət təşkilatları, düşüncə mərkəzlərinin, akademik dairələrin nümayəndələri və müvafiq media təmsilçiləri bir araya gəliblər.

“Westin Palace Hotel”də təşkil olunan forumda Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov, Türkiyənin Madrid Böyük Elçisi Nüket Küçükel Ezberci, Avropa Parlamentinin üzvü, eləcə də qurumun 2014-2019-cu illərdə vitse-prezidenti olmuş Riçard Çarnetski, millət vəkili, xalq şairi, Dünya Azərbaycanlılar Konqresinin həmsədri Sabir Rüstəmxanlı, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunda çalışan, Serbiya Respublikası Prezidentinin sabiq xüsusi müşaviri Damjan Krnjeviç Miskoviç, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sdəri Tənzilə Rüstəmxanlı, Avropa Qonşuluq Şurasının icraçı direktoru Samuel Doveri Vesterbay, Brüssel İdarəetmə Məktəbinin professoru, Belçika Baş nazirinin keçmiş müşaviri Köyert Debüf, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Kral Xuan Karlos Universitetinin Hüquq professoru, “Pan-Avropa” Hərəkatının İspaniya nümayəndəliyinin Baş katibi Karlos Uriarte Sançes, məşhur fotoqraf və memar Reza Deqati, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, Türkiyənin “Ülke TV” yayım şirkətinin Baş redaktoru Həsən Öztürk, Monreal, Brüssel və Stokholmun tqnınmış beyin mərkəzlərində çalışan Yaxın Şərq üzrə mütəxəssis, professor Sebastian Boussois, “İnterpress” Media Qrupunun baş direktoru Toğrul Allahverdili və digər qonaqlar öz mühazirələri və çıxışları ilə mövzu barəsində geniş fikir mübadiləsi aparıblar.

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı qonaqları salamlayaraq forumun keçirilməsinin məqsəd və məramlaırnı açıqlayıb. Tarixi faciələrin mütəmadi olaraq xatırlanmalı olduğuna diqqət çəkən Tənzilə Rüstəmxanlı bunun həmin faciələrin yenidən təkrarlanmaması üçün gərəkliliyinə diqqət çəkib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov məsələnin siyasi tərəfinə diqqət çəkərək dünyanın uzun illərdir məruz qaldığı köç məsələsində beynəlxalq ictimaiyyətin birgə səylərinin vacibliyini vurğulayıb. Səfir yurdundan didərgin salınmış milyonlarla insanın hüquqlarının bərpa Azərbaycanın nümayiş etdirdiyi diplomatik təmkinlik və bu sahədə əməkdaşlığın təşviq olunmasının təqdirəlayiq olduğunu bildirib.

Millət vəkili Sabir Rüstəmxanlı isə çıxışında heç nəyi gizləməyin mümkün olmadığını bildirərək həqiqətin gec-tez üzə çıxdığını bildirib. Lakin siyasi məqsədləri həqiqət kimi təbliğ edilən yalanların da olduğunu deyən millət vəkili onların dünyanın böyük dövlətlərinin maraqlarına xidmət etdiyinə görə yer üzündə yayılmaqda davam etdiyini vurğulayıb.

Avropa Parlamentinin üzvü, 2014-2019-cu illərdə Avropa Parlamentinin vitse-prezidenti olmuş Riçard Çarnetski qaçqın və məcburi köçkünlərlə bağlı Avropa təcrübələrindən danışıb, sistemin işləmə mexanizmi barədə məlumat verib. O, Ermənistandan qovulmuş Azərbaycanlıların geri qayıtmasının mümkün olacağına inandığını dilə gətirib.

Tanınmış fotoqraf, Azərbaycan həqiqətləriin dünyaya çatdıırlmasında böyük əməyi keçən Reza Deqati foruma vizual təqdimatla qatılıb.

Tədbirin əsas çıxışlarından sonra panel müzakirələri təşkil edilib. Diplomatiya İnstitutunun Siyasi araşdırma, təhlil və nəşrlər üzrə direktoru, BMT-nin keçmiş yüksək vəzifəli rəsmisi və Serbiya Respublikası Prezidentinin xüsusi müşaviri olmuş Damjan Krnjeviç Miskoviçin moderatorluğu ilə keçirilən “Qaçqınlar probleminə Avropa yanaşması: Çağırışlar və beynəlxalq əməkdaşlıqlar yolu ilə mümkün həll yolları” adlı birinci paneldə çıxış edən Avropa Qonşuluq Şurasının icraçı direktoru Samuel Doveri Vesterbay, Brüssel İdarəetmə Məktəbinin professoru, Belçika Baş nazirinin keçmiş müşaviri Köyert Debüf, Madrid San Pablo-CEU Universitetinin tarix professoru Antoniyo Alonso Markos, Kral Xuan Karlos Universitetinin Beynəlxalq ictimai hüquq və Beynəlxalq münasibətlər üzrə fəlsəfə elmləri doktoru Yelena Diyaz Qalan Aİ-nin məcburi köçürmə və deportasiya ilə bağlı siyasəti, qaçqınların üzləşdiyi problemlər, qaçqınların mühafizəsi və onların reinteqrasiyası üzrə mövcud strategiyalar, qaçqın qadınların üzləşdiyi problemlərin həllinə yönəlik müasir yanaşmalar, qaçqın, məcburi köçkün və miqrasiya problemində Avropa İttifaqının tərəfdaş ölkələri ilə praktiki əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

“Məcburi deportasiya və qaçqınlar mövzusunda Azərbaycan təcrübəsi: Qərbi Azərbaycana qayıdış” adlı ikinci panel isə Türkiyənin “Ülke TV” yayım şirkətinin Baş redaktoru Həsən Öztürkün moderatorluğunda baş tutub. Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Kral Xuan Karlos Universitetinin Hüquq professoru, “Pan-Avropa” Hərəkatının İspaniya nümayəndəliyinin Baş katibi Karlos Uriarte Sançez və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin qatıldığı paneldə qaçqınlar probleminin hüquqi çərçivələri və beynəlxalq ictimaiyyətin öhdəlikləri, qaçqın səslərinin dünyaya eşitdirilməsi və onların hislərinə şərik çıxmaq səylərinin gücləndirilməsi, Azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlik mövcud mexanizm və strategiyalar mövzularında müzakirələr keçirilib.

Forumun sonunda Azərbaycanlı qaçqınlar adından beynəlxalq ictimaiyyətə çağırış edilib və xatirə şəkli çəkdirilib.

Tədbirdə Qərbi Azərbaycandakı izlərimizə dair foto-sərgi nümayiş olunub.

Daha sonra Azərbaycan mətbəxinin inciləri ispan qonaqlara təqdim olunub.

Paylaş

Xəbər lenti

Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR