12-10-2023, 02:23 465

BMT-nin sabiq sözçüsü: “Ermənilər Qarabağda kəndləri, şəhərləri dağıdıb”

Dünyanın nüfuzlu nəşrlərindən olan "Əl-Qüds Əl Ərəbi" qəzetində Azərbaycanın ərazi bütövlüyünün bərpası, Vətən müharibəsi, antiterror əməliyyatları zamanı Qarabağda və ətraf rayonlarda qazanılmış zəfərdən bəhs edən analitik məqalə dərc olunub.

"Report"un ABŞ bürosu xəbər verir ki, tarixi faktlara əsaslanan müfəssəl yazının müəllifi BMT-nin sabiq sözçüsü, hazırda "Əl Qüds Əl Ərəbi" nəşrinin beynəlxalq təşkilatdakı bürosunun rəhbəri, Rutgers Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin professoru, siyasi şərhçi Abdelhamid Siyamdır.

"Artsax Respublikası" ləğv olundu, Qarabağ bölgəsi Azərbaycanın suverenliyinə qayıtdı" başlıqlı yazıda politoloq Ermənistanın Azərbaycanın tarixi torpaqlarında 30 il əzində həyata keçirdiyi işğaldan bəhs edib, münaqişəyə dair bilinən və bilinməyən tarixi faktları qələmə alıb.

Məqalədə jurnalist münaqişənin tarixi köklərinə enərək Sovet İttifaqının dağılmasından sonra Ermənistanın Qarabağdakı ermənilər vasitəsilə bölgəni işğal siyasətindən, bu ölkənin 30 il ərzində Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrindən, istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində mülki əhaliyə qarşı yönəldilən çoxsaylı cinayətlərdən, bölgədə etnik təmizləmə siyasətindən bəhs edib.

Siyasi şərhçi Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları, hərbi təxribatları və Vətən müharibəsinə gətirib çıxaran səbəblər haqqında məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə Ordusunun 44 günlük müharibə zamanı tarixi zəfərə imza atdığını, ərazi bütövlüyünü bərpa etdiyini qələmə alıb.

Ötən il Qarabağda səfərdə olan jurnalist məqalədə bölgədə şahidi olduğu erməni vadaliziminin izlərindən də bəhs edib. Bildirib ki, Ermənistan Azərbaycanın mülki obyektlərinə qadağan olunmuş silahlarla etdiyi hücumlar çoxsaylı insan tələfatına səbəb olub və məcburi köçkünlər Ermənistan tərəfindən bölgəyə yerləşdirilmiş minalar səbəbindən hələ də doğma yurd-yuvalarına qayıda bilmirlər.

Jurnalist məqalədə Ermənistanın müharibə mirası olan minaların patlayışı nəticəsində günahsız insanların həyatlarını itirməsindən də bəhs edib:

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını rəsmi dəvəti ilə Birləşmiş Millətlər Təşkilatında akkreditə olunmuş bir qrup jurnalistlə ötən il Qarabağa səfər etdim. Biz 2020-ci ildə 30 ildən sonra işğaldan azad edilmiş bölgəni gəzdik və ordakı vəziyyətlə tanış olduq. Dağıntıların miqyası olduqca böyük idi. Ermənistan işğal altında saxladığı bölgədə minlərlə mina basdırıb, bütün kəndlər, şəhərlər, binalar, müəssisələr, mehmanxanalar, köhnə saraylar tamamilə dağıdılıb, 67 məsciddən 65-i yerlə-yeksan edilib, məscidlərdən heyvan saxlamaq üçün istifadə edilib. Üzüm bağları və meşələr yandırılıb, qəbiristanlıqlarda məzarların mərmərləri belə talan edilib, hətta ölülər məzarlardan çıxarılıb, qızıl dişləri götürülüb.

Səfər başa çatdıqdan sonra Azərbaycanın yerli mediası mənə təəssüratlarımla bağlı sual verdi. Dedim ki, ermənilər bu əraziləri tərk edəcəyini bilirdi. Əgər iddia etdikləri kimi, həmin torpaqlar onlara məxsus idisə onda niyə oranı viran qoyur, dağıdırdılar? Niyə ermənilər 30 il ərzində bölgədə bir ağac əkməyib, ev tikməyib, qəsəbə salmayıb, yol təmir etməyib, tam əksinə, mövcud olan hər şeyi məhv ediblər? Ermənilər bilirdilər ki, gün gələcək o yerlərin əsl sahibləri torpaqlarına geri dönəcəklər".

Məqalədə "BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinə dair 30 il ərzində icrasız qalan qətnamələrindən, ötən müddət ərzində münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən bəhs olunub, bütün baş verənlərə baxmayaraq münaqişəsinin həllində sülh yolunu seçən Azərbaycanın səylərinin qarşılıqsız qaldığını qeyd edilib və rəsmi Bakının öz gücü ilə bərpa etdiyi tarixi ədalətdən bəhs olunub. Yazıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının sessiyasında çıxışı zamanı vurğuladığı faktlardan sitatlar da yer alıb.

A.Siyam məqaləsində Azərbaycan ordusunun Qarabağda addım-addım tam üstünlük əldə etdiyi bir vaxtda Ermənistan silahlı qüvvələrinin bölgəni tamamilə tərk etdiyindən bəhs edib, bu ilin sentyabrın 19-da Qarabağda Azərbaycan hərbçiləri tərəfindən 24 saat davam edən lokal xarakterli anti-terror tədbirləri nəticəsində bölgədə qalan qanunsuz silahlı birləşmələrin darmadağın olduğunu, Xankəndidəki qondarma rejimin ləğv edildiyini qələmə alıb.

O, çoxmillətli ölkə Azərbaycanda tarixin bütün dövrlərində bir çox dinlərin və etnik qrupların nümayəndələrinin sülh, firavanlıq içində yaşadığını vurğulayıb, Azərbaycan hökümətinin Qarabağdakı etnik ermənilrlə sülh içində yaşamasına təminat verdiyini bildirib.

Paylaş

Xəbər lenti

"LANDAU Lions" Azərbaycan Basketbol Liqasının II turunda NTD-ni məğlub edib Bu gün, 17:48 Məktəblilər belə geyinməlidirlər Bu gün, 17:48 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb Bu gün, 17:48 Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil" Bu gün, 17:48 "Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir Bu gün, 17:48 Masazırda 4 maşın niyə yanıb külə döndü? - "Partlayış səsi gələndə..." Bu gün, 17:48 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib Bu gün, 16:48 Rəsmi portalda pensiya kapitalında azalmalar olub? Bu gün, 16:48 Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm Bu gün, 16:48 Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı "Bakı Ağ Şəhər"də olublar Bu gün, 16:48 Rza Zərrabın həyat yoldaşının adı milyardlarla dollarlıq FOND QALMAQALINDA Bu gün, 16:48 Qonşu ölkənin siqaret satışında YENİ QAYDA: Şəxsiyyət vəsiqəsi tələb olunacaq Bu gün, 16:48 İlham Əliyev Ramzan Kadırovu qəbul edib Bu gün, 16:48 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi Bu gün, 16:48 Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər Bu gün, 16:48 Azərbaycanın MDB-də sədrliyi qarşıdakı dövrdə ölkəmizə mühüm imkanlar yaradır - RƏY Bu gün, 16:48 Əməkdar artistin 38 yaşlı oğlu ilə rəqs etdiyi anlar Bu gün, 15:48 Dünya çempionatı: Uşanqi Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq Bu gün, 15:48 Camal Qamzatxanov Bakıda keçirilən dünya çempionatında bürünc medal üçün tatamiyə çıxacaq Bu gün, 15:48 Azərbaycan və Qazaxıstanın birgə vençur fondu dövlət qeydiyyatına alınıb Bu gün, 15:48 Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb Bu gün, 15:48 Ağdaşda "Kənddən Şəhərə" yarmarkası təşkil olunur Bu gün, 15:48 Ronaldo Portuqaliya millisindən uzaqlaşdırıldı Bu gün, 15:48 Şərif: İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq Bu gün, 15:48 İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçılarının Laçına səfərləri başa çatıb Bu gün, 15:48 Bakıda iki sərnişin avtobusu toqquşdu Bu gün, 15:48 Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib Bu gün, 15:48 Məktəbdə qalmaqal: Yüksək bal toplayan müəllim niyə kənarda qaldı? Bu gün, 14:48 Şahbaz Şərif İlham Əliyevə zəng edib Bu gün, 14:48 Qadını şantaj edən gənc həbs olundu Bu gün, 14:48 Dünya çempionatı: Uşanqi Kokauri 1/4 finala vəsiqə qazanıb Bu gün, 14:48 Şahbaz Şərif "ASAN xidmət"in Pakistanın bölgələrində tətbiqinə Azərbaycandan dəstək istəyib Bu gün, 14:48 Elməddin Ağayev: "Ermənilər kuklaların içərisinə mina qoymuşdular" Bu gün, 14:48 Dünya çempionatı: Camal Qamzatxanov yarımfinala yüksəlib Bu gün, 14:48 Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu Bu gün, 14:48 III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub Bu gün, 14:48 Dünya çempionatı: Uşanqi Kokauri Kənan Nəsibovu üstələyərək yarımfinala adlayıb Bu gün, 14:48 Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı Bu gün, 14:48 Dünya çempionatı: Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq Bu gün, 14:48 İsmayıllıda ev və köməkçi tikili yanıb Bu gün, 13:48 Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatının 1/8 finalına yüksəlib Bu gün, 13:48 "Tanrının adamları" işıq üzü gördü Bu gün, 13:48 Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq Bu gün, 13:48 Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb Bu gün, 13:48 Camal Qamzatxanov dünya çempionatında 1/8 finala yüksəlib Bu gün, 13:48 MDB-də sədrlik Azərbaycanın çoxtərəfli diplomatiyasında yeni imkanlar açan mərhələdir - RƏY Bu gün, 13:48 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir Bu gün, 13:48 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR