14-10-2023, 17:26 496

Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

“Aprel döyüşləri, Günnüt zəfəri, Tovuz döyüşləri, Vətən müharibəsi və sonrakı uğurlu əməliyyatlar onu göstərir ki, Azərbaycan Ordusunda şəxsi heyətin kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”.

“Report” xəbər verir ki, bunu Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov deyib.

O vurğulayıb ki, nəticədə bütün əməliyyatlar zamanı uğur əldə edilib: “Bu da təyinatların qanunauyğun şəkildə aparıldığının göstəricisidir. Bütün bunlarla yanaşı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək olmasının qazanılan qələbələrə mühüm töhfə olduğunu xüsusilə qeyd etmək lazımdır. Bu da şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, hərbi intizamın möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili və mədəni-kütləvi tədbirlərin keçirilməsi istiqamətində görülən sistemli işlərin və bu işlərə məsul şəxslərin öz xidmətlərinə məsuliyyətlə yanaşmasının, eləcə də onların peşəkarlığının nəticəsidir”.

General-mayor Elçin Xəlilov əlavə edib ki, kadr planlaşdırmasında, bir qayda olaraq, keyfiyyət və kəmiyyət metodları tətbiq olunur: “Azərbaycan Ordusunda kadrlara olan keyfiyyət göstəriciləri üzrə tələbat rütbə kateqoriyaları, hərbi uçot ixtisasları üzrə personala qoyulan tələblər nəzərə alınmaqla təşkilati-ştat strukturu əsasında müəyyən olunur. Keyfiyyət baxımından planlaşdırılma zamanı ekspert qiymətləndirmə, qrup şəklində qiymətləndirmə, modelləşdirmə metodlarının tətbiqi imkanları mövcuddur”.

“Kadrlara olan tələbatın kəmiyyət göstəricisi (tələb olunan kadrların sayı) mövcud dövrdə olan ştat sayı ilə faktiki komplektləşmə sayının müqayisəsi əsasında müəyyən edilir. Kəmiyyət planlaşdırılmasında (saya görə planlaşdırma) isə əsasən balans metodundan istifadə edilir. Balans metodu təşkilatın malik olduğu və planlaşdırma dövründə tələbatın qarşılıqlı uzlaşdırılmasına əsaslanır. Bu zaman plan mövcud resurslar (resurs mənbələri) və həmin resursların paylanmasının əks olunduğu ikitərəfli cədvəl şəklində qurulur. Bu metod Azərbaycan Ordusunda xüsusi təyinatlı təhsil müəssisələrinin məzunlarının vəzifələrə təyinatı, zabit heyətinin rotasiyası, həmçinin kadr ehtiyatından istifadə (səfərbərlik planı) zamanı müvəffəqiyyətlə tətbiq oluna bilər”, - o vurğulayıb.

Paylaş

Xəbər lenti

Bakıda keçirilən NATO təlimi başa çatıb Bu gün, 14:48 Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır? Bu gün, 14:48 İbrahim Tatlısesin model gəlininin evini su basdı Bu gün, 14:48 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb Bu gün, 14:48 Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb Bu gün, 13:48 Fuad Muradov Yunanıstandakı azərbaycanlılarla diaspor fəaliyyətinin yol xəritəsini müzakirə edib Bu gün, 13:48 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı Bu gün, 13:48 Azərbaycanı İƏT XİN Şurasının iclasında Yalçın Rəfiyev təmsil edir Bu gün, 13:48 Azərbaycan ADB və IMF ilə əməkdaşlığı müzakirə edib Bu gün, 13:48 Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladılar Bu gün, 13:48 Ronaldo yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub Bu gün, 13:48 XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur Bu gün, 12:48 FIFA U-20 dünya çempionatının brendi Bakıda nümayiş etdirilib Bu gün, 12:48 Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb Bu gün, 12:48 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı Bu gün, 12:48 Bu ölkədə 5,6 bal gücündə zəlzələ oldu Bu gün, 12:48 Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb" Bu gün, 12:48 Bakı tarixində ilk: Sumo üzrə dünya çempionatı start götürür Bu gün, 11:48 Əməkdar artist ilk dəfə nənə oldu Bu gün, 11:48 Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı Bu gün, 11:48 Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 116 dollara düşüb Bu gün, 11:48 Müğənni Bayhan dinini dəyişdirib? - AÇIQLAMA Bu gün, 11:48 Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb Bu gün, 10:48 Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək Bu gün, 10:48 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? Bu gün, 10:48 Bakıda "Changan" piyadanı vurub öldürdü Bu gün, 10:48 Azərbaycanlı məşhur "Səhra Çiçəyi"nə Dubayda klip çəkdirdi Bu gün, 10:48 Məşhur futbolçu Rusiya-Ukrayna müharibəsində həlak olub Bu gün, 10:48 Samuxda ağır yol qəzası - Avtomobil iki hissəyə bölündü, xəsarət alan var Bu gün, 09:48 İstanbulda seldə ölənlərin sayı 5 nəfərə çatdı Bu gün, 09:48 "20 Yanvar" dairəsində yenilik olacaq Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq Bu gün, 09:48 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:48 Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı Bu gün, 09:48 Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı Bu gün, 09:48 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür Bu gün, 00:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Amasiya kəndinin tarixi və arxiv faktları Bu gün, 00:48 Bu hallarda insanlarda aqressiya təhlükəli həddə çatır Dünən, 23:48 Tramp Krımdan danışdı Dünən, 23:48 Filipe Kandido: "İlk 10 dəqiqə ərzində "Araz-Naxçıvan"ın qarşısını necə alacağımızı düşünürdük" Dünən, 23:48 Döş xərçənginin ilk əlamətləri açıqlanıb Dünən, 23:48 Alyona Əliyeva rəssam Anar Hüseynzadənin "O" adlı fərdi sərgisinin açılış mərasimindən paylaşım edib Dünən, 23:48 Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək Dünən, 23:48 Minimum əməkhaqqı artacaq? Dünən, 22:48 İlqarə Kazımova: "Qoy sevməsin heç" Dünən, 22:48 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR