15-10-2023, 23:09 589

Heydər Əliyev İlham Əliyev haqqında: “Ona özüm kimi inanıram” – Moskovski Komsomolets

Rusiyanın köklü “Moskovski Komsomolets” nəşri Azərbaycan Prezidenti İlham Əliyev haqqında məqalə dərc edərək dövlət başçısının “azərbaycanlıların bir neçə nəslinin ərazi bütövlüyünü bərpa etmək diləyini həyata keçirdiyi” diqqətə çatdırıb, həmçinin onun prezidentliyinin 20 ili ərzində ölkədəki inkişaf prosesinə işıq salıb.

“AVESTA.AZ” xəbər verir ki, məqalə qəzetin saytında dərc olunub.

“Xəyallar gerçək olur” epiqraflı məqalədə 2003-cü ilin oktyabrın 15-də “gənc lider İlham Əliyevin atasından – böyük siyasi xadim Heydər Əliyevdən – estafeti götürərək iyirmi il ərzində ölkəni yeni səviyyəyə qaldırdığı” qeyd olunub.

Müəlliflərin sözlərinə görə, İlham Əliyev “Heydər Əliyevin kursunu davam etdirməklə kifayətlənməmiş, həmçinin Azərbaycan dövlətçiliyinin qurulmasına yeni impuls verib”.

Azərbaycan liderinin bioqrafiyasına nəzər salan yazarlar onun MDBMİ-də möhtəşəm ali təhsil aldığına, xüsusilə hərtərəfli karyera təcrübəsinə malik olduğuna diqqət çəkir: “Bununla belə, dövlət quruculuğu xüsusi məsuliyyət tələb edir. İyirmi il ərzində İlham Heydər oğlu Azərbaycanın qüdrətli dövlətə çevriləcəyini, hər şeydən əvvəl Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirən andiçmə mərasimindəki çıxışının boş söz olmadığını sübut edib. Bu, sabit inkişaf kursudur”.

İlk növbədə İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın iqtisadi göstəricilərini qiymətləndirən köşə yazarları “Bakının indi bir sıra ölkələr üçün etibarlı ticari-siyasi tərəfdaş kimi çıxış etdiyini, Avropanın enerji təhlükəsizliyini təmin etdiyini və iqtisadiyyatın şəxaləndirilməsi kursunu tutduğunu” vurğulayıblar.

Eyni zamanda, yazıda ölkə başçısının bu iyirmi il ərzində “çoxvektorluluq prinsipini” tətbiq etdiyindən bəhs edilib: “Azərbaycanın diplomatik strategiyasının unikallığı ondan ibarətdir ki, praktikada bütün dünya siyasətçilərinin danışmağı sevdiyi, lakin əldə edilməsi çox çətin olan eyni “çoxvektorlu” prinsipi həyata keçirmək mümkündür. Azərbaycan ABŞ, Türkiyə və Rusiya ilə münasibətləri qoruyub saxlamaqla regionda geosiyasi maraqların optimal balansına nail ola bilir”.

Bundan başqa, məqalədə İlham Əliyevin liderliyi ilə Azərbaycanın işğal olunmuş ərazilərini az qala 30 il aradan sonra azad etməyə nail olduğu barədə də nəql olunub, həmçinin Azərbaycanın sentyabrdakı antiterror tədbirləri haqqında da məlumat verilib: “Beynəlxalq ictimaiyyət Azərbaycanın bu əməlləri öz ərazisində həyata keçirdiyini etiraf edib. Beləliklə, İlham Əliyev Avropa və Şərq tərəfdaşları ilə əzmkarlıq və parlaq diplomatik iş sayəsində milyonlarla azərbaycanlının çoxdankı arzusunu reallaşdıra bilib. Təkcə bu, ölkə tarixinə böyük lideri kimi düşmək üçün kifayət edərdi. Ancaq bu, yolun sonu deyil. Qarşıda yeni sıçrayışlar və nailiyyətlər var”.

Paylaş

Xəbər lenti

Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR