
İsrailin müdafiə naziri Yoav Qallant növbəti dəfə HƏMAS-a xəbərdarlıq edib.
“AVESTA.AZ” xəbər verir ki, o, İsrailin HƏMAS-ı tamamilə məhv edəcək qədər raketlərinin olduğunu bildirib: “Bu raketlər hər bir HƏMAS üzvünə çata bilər. Onların iki yolu var: ya öz mövqelərində ölmək, ya da qeyd-şərtsiz təslim olmaq”.
Nazir deyib ki, HƏMAS üçün üçüncü variant yoxdur.
Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 4 4229 adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.