
"NTD-İndiqo" basketbol komandasının yeni mövsüm ərəfəsində təqdimat mərasimi keçiriləcək.
“AVESTA.AZ” xəbər verir ki, Xaçmaz klubu bununla bağlı oktyabrın 20-də Azərbaycan Texniki Universitetinin idman zalında tədbir təşkil edəcək.
Saat 16:00-da başlayacaq mərasimdə klubun yeni formaları, transfer etdiyi basketbolçular və qarşıdakı planlar idman ictimaiyyətinə təqdim olunacaq.
Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünə oktyabrın 22-də start veriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.