
Sentyabrın 14-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Gəncə Bank" ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət Gəncə şəhəri, Atatürk prospekti, 254 ünvanında yerləşən, ümumi sahəsi 72 kv.m. olan mənzildən gedir. Əmlaka 180 min manat qiymət qoyulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.