
Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandası Çelenc Kubokunda 1/16 finala yüksəlib.
“AVESTA.AZ”un məlumatına görə, Şuşa təmsilçisi turnirin 1/32 finalında Slovakiyanın “TJ Spartak” klubuna qalib gəlib.
Bakıdakı Voleybol Mərkəzində reallaşan cavab matçında voleybolçularımız rəqibi 3:1 (25:22, 22:25, 25:21, 25:21) hesabı ilə məğlub ediblər. Bu komandalar arasında ötən gün eyni arenada baş tutan ilk qarşılaşmada “Xarı Bülbül” hər üç setdə slovakiyalıları üstələmişdi.
“Xarı Bülbül” növbəti mərhələdə Yunanıstan klubu “Panatinaikos”la qarşılaşacaq. İlk oyun noyabrın 29-da Afinada olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.