27-10-2023, 13:14 468

Ekspert: “Fransanın Qarabağdakı hadisələri “etnik təmizləmə” adlandırması yersizdir

“Fransa hökumətinin Qarabağın erməni əhalisinə münasibətdə “etnik təmizləmə” ifadəsini işlətməsi həqiqətə uyğun deyil və bu, sentyabrda Azərbaycanın bu bölgəsində baş verənlərlə bağlı reallıqları əks etdirmir”.

“AVESTA.AZ” xəbər verir ki, bunu Fransanın “Kernews” radiosuna müsahibəsində tarixçi, ADA Universitetinin müəllimi Maksim Quen deyib.

Onun sözlərinə görə, rəsmi Parisin etibarlı məlumat mənbələri yoxdur və onun ermənilərin Azərbaycanın Qarabağ bölgəsini tərk etməyə məcbur edilməsi ilə bağlı açıqlamalarının səhv olduğunu hətta ən kiçik faktlarla belə, sübut etmək olar.

O əlavə edib ki, Qarabağı tərk edən ermənilərin təhdid olunmasına və ya buranı tərk etməyə məcbur edilməsinə dair heç bir real, inandırıcı sübut yoxdur: “Əksinə, Azərbaycan hökuməti bir gündən də az davam edən lokal antiterror tədbirlərindən əvvəl də, sonra da onların qalması ilə bağlı çağırışlar edib. Əslində, bu tədbirlər separatçı qüvvələrə qarşı yönəlib. Odur ki, ermənilərin bu ərazini tərk etməsinə səbəb olacaq hadisə baş verməyib. Bunu ermənilərin açıqlamaları da göstərir”.

M.Quen azərbaycanlılarla ermənilərin qarşılıqlı hörmət və sülh şəraitində yaşaya bilmə ehtimalının yüksək olduğunu da vurğulayıb: “Bu mənada, Bakı və Gəncədə yaşayan 36 min erməniyə daha çox diqqət yetirilməlidir. Hesab edirəm ki, Azərbaycanda erməni icması yaratmaq və bu icmanın bir və ya bir neçə nümayəndəsini azad edilmiş ərazilərdə məsul vəzifələrə təyin etmək lazımdır. Bu məsələ Qarabağda qalan erməniləri həmin ərazini tərk etməməyə, gedənləri isə geri qayıtmağa təşviq edə bilər. Bundan başqa, etnik ermənilərin geri qayıtmasını təşviq etmək üçün artıq digər tədbirlər görülüb. O cümlədən fermerlərin yenidən Azərbaycan vətəndaşı olması üçün yardım və vergi güzəştləri təklif olunub. Amma çox güclü nifrət hissinə son qoymaq üçün Ermənistan tərəfinin əlavə səylərinə ehtiyac var. Xatırladaq ki, Ermənistandan vaxtilə etnik azərbaycanlılar qovulmuşdu”.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan əksəriyyəti Kremlə sıx bağlı olan ekstremistlər tərəfindən devrilmək qorxusu ilə yaşayır: “O, həyatına, hakimiyyətinə təhlükə yaratmadan sülh sazişini imzalamaqla bağlı məqama necə çatacağını düşünür”.

Bakı ilə Paris arasında münasibətlərdən bəhs edən tarixçi deyib ki, hazırda onlar arasında ciddi kommunikasiya problemi var və bunun həlli böyük səy tələb edir: “Fransa tərəfi yalnız özlərini təmsil edən və Ermənistan hökuməti ilə açıq münaqişədə olan ekstremist qruplara qulaq asmağı dayandırmalıdır”.

M.Quenin fikrincə, Bakı ilə Paris arasında münasibətlərdəki böhran Fransa hökumətinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, həmçinin Cənubi Qafqaz regionundakı vəziyyətə düzgün yanaşmaması səbəbindən yaranıb: “Fransa Ermənistanı Rusiya və İranın hərbi asılılığından çıxarmağa çalışır. Lakin fransız diplomatlar bəzi bəyanatları səsləndirməmişdən əvvəl nəzərdən keçirməlidir. Məsələn, Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana səfəri zamanı rəsmi Parisin İrəvanı dəstəklədiyini və bu ölkəyə silah satacağını bildirib. Lakin o, Praqada olduğu kimi, Fransa və Ermənistanın ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sülh tərəfdarı olduqlarını bildirsəydi, daha düzgün olardı. Əgər o, “sülh sazişi imzalanandan sonra biz Ermənistana Rusiyadan asılı olmaması üçün silah satmağa hazırıq” desəydi, bu, Bakıda heç kəsi şoka salmazdı”.

Paylaş

Xəbər lenti

Məktəbdə qalmaqal: Yüksək bal toplayan müəllim niyə kənarda qaldı? Bu gün, 14:48 Şahbaz Şərif İlham Əliyevə zəng edib Bu gün, 14:48 Qadını şantaj edən gənc həbs olundu Bu gün, 14:48 Dünya çempionatı: Uşanqi Kokauri 1/4 finala vəsiqə qazanıb Bu gün, 14:48 Şahbaz Şərif "ASAN xidmət"in Pakistanın bölgələrində tətbiqinə Azərbaycandan dəstək istəyib Bu gün, 14:48 Elməddin Ağayev: "Ermənilər kuklaların içərisinə mina qoymuşdular" Bu gün, 14:48 Dünya çempionatı: Camal Qamzatxanov yarımfinala yüksəlib Bu gün, 14:48 Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu Bu gün, 14:48 III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub Bu gün, 14:48 Dünya çempionatı: Uşanqi Kokauri Kənan Nəsibovu üstələyərək yarımfinala adlayıb Bu gün, 14:48 Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı Bu gün, 14:48 Dünya çempionatı: Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq Bu gün, 14:48 İsmayıllıda ev və köməkçi tikili yanıb Bu gün, 13:48 Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatının 1/8 finalına yüksəlib Bu gün, 13:48 "Tanrının adamları" işıq üzü gördü Bu gün, 13:48 Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq Bu gün, 13:48 Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb Bu gün, 13:48 Camal Qamzatxanov dünya çempionatında 1/8 finala yüksəlib Bu gün, 13:48 MDB-də sədrlik Azərbaycanın çoxtərəfli diplomatiyasında yeni imkanlar açan mərhələdir - RƏY Bu gün, 13:48 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir Bu gün, 13:48 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib Bu gün, 12:48 Lüks mənzil bazarının gizli qaydaları: Məxfi satışlar və uzunmüddətli sövdələşmələr - Foto Bu gün, 12:48 Filippinli səyyah: İnfrastrukturun inkişafı Qarabağa daha çox xarici turist cəlb edəcək Bu gün, 12:48 Dünya çempionatı: Madina Kaisinova mübarizəni dayandırdı Bu gün, 12:48 Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü Bu gün, 12:48 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyən edilib Bu gün, 11:48 Deputatlar, QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər Bu gün, 11:48 Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA Bu gün, 11:48 Bakıda cüdo üzrə dünya çempionatı: Yeddinci yarış gününün təqvimi Bu gün, 10:48 Masazırda 4 maşın yandı - ANBAAN VİDEO Bu gün, 10:48 Lənkəranın bir sıra kəndlərinə dolu düşüb Bu gün, 10:48 Bu gün Aida İmanquliyevanın doğum günüdür Bu gün, 10:48 Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü Bu gün, 10:48 "Zirə" "Şamaxı" ilə, "Sumqayıt" isə "Qəbələ" ilə qarşılaşacaq Bu gün, 09:48 Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib Bu gün, 09:48 Luis Enrikenin qızı qəza keçirib - Bir nəfər ölüb Bu gün, 09:48 Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb Bu gün, 09:48 Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb Bu gün, 09:48 Tramp Putinlə Rusiyanın dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə edildiyini açıqlayıb Bu gün, 00:48 Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb Bu gün, 00:48 Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı: 2027-ci ildə alıcıları nələr gözləyir? Dünən, 23:48 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib Dünən, 23:48 İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib Dünən, 23:48 "Saudi Aramco" Avropaya neft tədarükünü tam bərpa edir Dünən, 23:48 Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? Dünən, 23:48 Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı Dünən, 22:48 Slovakiya Azərbaycandan ildə 1 milyard kubmetr qaz almağı nəzərdən keçirir Dünən, 22:48 Evdə baş ağrısı və halsızlıq yaradan SƏBƏBLƏR Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR