27-10-2023, 14:21 411

Ukraynalı hərbçilər Azərbaycan Ordusunu təbrik etdilər:

Azərbaycan 30 ildən çox davam edən işğala son qoymaqla keçmiş sovet məkanında ilk olaraq separatizmin kökünü kəsdi. Bununla da dünyanın diqqətini özünə cəlb edib. Azərbaycan Ordusunun ölkənin suveren ərazisində işğalçılara, separatçılara qarşı uğurlu əməliyyatları xarici mütəxəssislərin və hərbçilərin də müzakirə mövzusudur.

Hazırda dünyanın diqqət mərkəzində olan Ukrayna müharibəsində ön cəbhədə döyüşən ukraynalı hərbçilər Donbasda olan "Report"un Şərqi Avropa bürosunun əməkdaşı vasitəsilə Azərbaycana təbriklərini ünvanlayıblar. Ukrayna ordusunun Donbas istiqamətində döyüş komandirlərindən Roman Solohub bildirib ki, Azərbaycan Ordusunun əməliyyatlarını mətbuatdan izləyib və hesab edir ki, onun qələbəsi nümunəvi plana əsaslanır: "Azərbaycan Ordusu düzgün şəkildə planlaşdırılmış hərbi əməliyyat həyata keçirib. Uzun müddət işğal altında qalmış ərazilərini azad edib. Nəticədə tarixi ədalət bərpa olunub. Ukrayna Silahlı Qüvvələri də Azərbaycan Ordusu kimi hərbi əməliyyatlar həyata keçirməli və düşmənin işğal etdiyi əraziləri azad etməlidir. Azərbaycan Ordusunu, bu əməliyyata rəhbərlik edənləri, ölkə rəhbərliyini, Azərbaycan xalqını təbrik edirəm. Əminəm ki, bundan sonra Azərbaycanın bir metr ərazisi belə heç vaxt işğal edilməyəcək.

 Roman Solohub
Roman Solohub

Ukrayna SQ-nin çavuşu Yevgeni Süloymi isə deyir ki, bu qələbə bir daha Azərbaycan xalqının gücünü göstərdi: "Bizimlə birgə ölkəmizdə yaşayan azərbaycanlılardan xeylisi döyüşür. Mən onların qəhrəmanlığına heyranam. Yaşadıqları Ukrayna uğrunda vuruşurlar. Onların arasında yaxından tanıdıqlarım da var. Azərbaycan Ordusunun əməliyyatlarını izləyərkən gördüm ki, xalqınız çox qətiyyətlidir, bizim kimi. Dərhal ordu ilə birgə ən azı mənən səfərbər olub, Vətən uğrunda hər şeydən keçməyə hazırdırlar. Azərbaycan Ordusu bizə ilk nümunə kimi göstərdi ki, separatizm üzərində necə qətiyyətli qələbə çalmaq olar. Onlar ilkə imza atdılar. Onlar sübut etdilər ki, xalqın tələbəni necə düzgün yerinə yetirmək olar".

 Yevgeni Süloymi
Yevgeni Süloymi

Ukrayna ordusunun əsgəri Aleksandr Fos isə bütün Azərbaycanı, onun Silahlı Qüvvələrini alqışlayır: "Onlar bənzərsiz qələbəyə imza atdılar. Mən bilirəm ki, onların torpaqları uzun müddət işğal altında qaldı, amma, nəhayət, Qarabağı geri qaytara bildilər. Buna görə də onları alqışlayıram. Ölkənizə çox böyük hörmətim var. Siz işğalçılara hədlərini göstərə bildiniz. Biz ölkəmizi qorumaq üçün sizdən nümunə götürürük. Azərbaycan Ordusunu təbrik edirəm".

 Aleksandr Fos
Aleksandr Fos

Aleksey Kaçan adlı zabit də Azərbaycanın bir zamanlar düşmənin işğalı altında olan ərazilər üzərində suverenliyi bərpa etdiyini deyib: “Azərbaycan cəmi 24 saat ərzində çox yaxşı lokal xarakterli antiterror əməliyyatları keçirib və ərazilərini azad edib. Bu əməliyyatı dəqiqliklə həyata keçirdiniz. Bu, Gürcüstan, Moldova, elə bizim üçün də nümunədir. Yəni bu yolla rahat şəkildə əməliyyat keçirmək və məsələni həll etmək olar. Azərbaycan xalqını Xankəndi şəhəri daxil olmaqla, Qarabağ üzərində suverenliyini bərpa etməsi münasibətilə təbrik edirəm".

Aleksey Kaçan
Aleksey Kaçan
Paylaş

Xəbər lenti

Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR