
Azərbaycan kunq-fu millisi İtaliyanın Karrara şəhərində keçirilən dünya çempionatında 37 medal qazanıb.
“Report”un məlumatına görə, səfərə 50 idmançı ilə yollanan komanda üzvləri 28 qızıl, 6 gümüş, 3 bürünc medal əldə ediblər.
Gənclər və İdman Nazirliyi, həmçinin Çin Döyüş Növləri Assosiasiyasının dəstəyi ilə mundialda iştirak edən komanda bu gün Vətənə qayıdacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.