30-10-2023, 17:35 993

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclası Bakıda keçiriləcək

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclası Bakıda keçiriləcək

“AVESTA.AZ”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Dövlət Katibinin Parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Malkolm Offordın iştirakı ilə keçirilən onlayn görüşü zamanı bildirilib.

Görüşdə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, o cümlədən 2023-cü ilin dekabrında Bakıda keçirilməsi planlaşdırılan növbəti iclası və ikitərəfli enerji əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib. Hökumətlərarası Komissiyanın 6-cı iclasının qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verəcəyi bildirilib. Həmçinin iki ölkə arasında “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” layihəsinin tezliklə yekunlaşdırılmasının vacibliyi qeyd edilib.

Söhbət zamanı bərpa olunan enerji sahəsinin inkişafı və enerji keçidi üzrə Azərbaycanın siyasəti ilə bağlı da fikir mübadiləsi aparılıb. Təbii qazın enerji keçidini dəstəkləyən rolu vurğulanıb və ölkəmizin həm təbii qaz sektorunun, həm də bərpa olunan enerjinin inkişafına diqqət yönəltdiyi qeyd olunub.

Bildirilib ki, hazırda həyata keçirilən “yaşıl enerji” layihələri 2030-cu ilədək elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payının əhəmiyyətli dərəcədə artmasını təmin edəcək. Azərbaycanın neft-qaz layihələrində əsas tərəfdaşı olan BP şirkəti ilə azad edilmiş ərazilərdə “Şəfəq” günəş elektrik stansiyası layihəsi üzrə əməkdaşlıqdan da bəhs edilib və bu layihənin “Səngəçal” terminalının karbonsuzlaşdırılmasında mühüm rol oynayacağı diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.

16:48

Azərbaycan və Böyük Britaniya "yaşıl enerji" sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "X" hesabında qeyd edib:

"Həmsədr, Biznes və Ticarət Departamentində ixracat naziri Malkolm Offord ilə Azərbaycan və Böyük Britaniya arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və ikitərəfli yaşıl enerji əməkdaşlığına dair müzakirələr apardıq", - deyə nazir əlavə edib.

Paylaş

Xəbər lenti

Sumqayıtda tikilidə yanğın baş verib Bu gün, 16:48 İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 16:48 Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik Bu gün, 16:48 75 yaşlı aktyor xəstəxanaya yerləşdirildi Bu gün, 16:48 Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb Bu gün, 16:48 İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik Bu gün, 16:48 Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalanıb Bu gün, 16:48 İlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm" Bu gün, 16:48 "Azərsun Holdinq"  Təmizlik Kağızları Fabrikinə mediatur keçirib Bu gün, 16:48 Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib Bu gün, 16:48 1870 tələbə əlavə müsabiqə ilə ödənişsiz təhsil hüququ qazanıb Bu gün, 16:48 Deputat bu şəxslərin ailəsinə 150 min manat kompensiyaya ödənilməsini təklif etdi Bu gün, 16:48 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" Bu gün, 16:48 Xaçmaz Dəmiryol Vağzalının binasının təmiri başa çatdı Bu gün, 16:48 Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq Bu gün, 15:48 Azərbaycanın dəmir yolu üçün 350 milyon dollar ayrıldı Bu gün, 15:48 London və Bakı strateji tərəfdaşlıq haqqında sənədin mətnini razılaşdırıb Bu gün, 15:48 Corcia Melonidən süni intellektə qarşı 4 saniyəlik HƏMLƏ Bu gün, 15:48 Korrupsiya barədə məlumat verənlərə 25 minimum əməkhaqqınadək mükafat veriləcək - YENİ QAYDA Bu gün, 15:48 Nazir: "BP şirkəti ilə yeni layihələr Azərbaycanın enerji keçidini sürətləndirəcək" Bu gün, 15:48 Ceyhun Bayramov Arye Laytstounla Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib Bu gün, 15:48 Pərviz Şahbazov: "Yaşıl enerji dəhlizləri Britaniya şirkətlərinə yeni perspektivlər yaradır" Bu gün, 15:48 Britaniya Azərbaycandakı layihələr üzrə ən azı 6,6 milyon dollar məbləğində riskləri öz üzərinə götürməyə hazırdır Bu gün, 15:48 Korrupsiya məlumatı verənlərin müdafiəsi ilə bağlı YENİLİK Bu gün, 15:48 Nicat Rəhimov: "Bizdən sonra aktyor görmürəm" Bu gün, 15:48 Korrupsiya barədə məlumat verən şəxslərə yeni təminatlar təklif olunur Bu gün, 15:48 Azərbaycana məğlub oldu deyə istefaya göndərdi Bu gün, 15:48 Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO Bu gün, 15:48 Birbank "Adı ilə böyüsün" layihəsi ilə bank sektorunda ilkə imza atıb Bu gün, 15:48 Keçmiş aparıcı 80 yaşlı anasını öldürdü - Ömürlük həbs edildi Bu gün, 14:48 "Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində qərar verilib Bu gün, 14:48 Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb Bu gün, 14:48 Fizika üzrə Nobel mükafatının builki laureatı açıqlandı Bu gün, 14:48 Azərbaycan Universitetinin dərs otağına yağış suları damıb Bu gün, 14:48 "44" bədii filminin daha bir tizeri yayımlanıb Bu gün, 14:48 Nazir: "Birləşmiş Krallıq Azərbaycana 39 milyard dollarından çox investisiya yatırıb" Bu gün, 14:48 İlk dəfə sükan arxasına əyləşərək adam öldürdü - 5 il həbs verildi Bu gün, 14:48 Sentyabrda 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb Bu gün, 14:48 Rəşid Məmmədəliyev dünya çempionatında 1/4 finalda məğlub olub Bu gün, 14:48 Bakıda liseyin qarşısında ilan peyda oldu - ANBAAN VİDEO Bu gün, 14:48 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu Bu gün, 13:48 Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib Bu gün, 13:48 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü Bu gün, 13:48 Öd kisəsi iltihabından müalicə alan İbrahimin SON VƏZİYYƏTİ Bu gün, 13:48 ABŞ ordusunda 80 ildən sonra ilk dəfə güllələnmə ilə edam həyata keçirilə bilər Bu gün, 13:48 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ Bu gün, 13:48 Səhnədən yıxılan müğənni: "Əvvəl dedilər qolum sınıb, amma sınan ayağımdır" Bu gün, 13:48 Azad Bayramov vəfat etdi Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR