
İngiltərənin “Çelsi” klubunun xalları silinə bilər.
“Report” “The Times” nəşrinə istinadən xəbər verir ki, London klubunun transferləri ilə bağlı araşdırmaya başlanılıb.
“Zadəganlar”ın Roman Abramoviçin dönəmində - 2003-2022-ci illər aralığında reallaşdırdığı bəzi keçidlər şübhə yaradıb. Xüsusən də 2013-cü ildə Samuel Eto'o və Villiamın transferi zamanı Premyer Liqa təmsilçisinin Rusiya klubu “Anji” rəsmilərinə qanunsuz ödəniş etdiyi iddia olunur.
İngiltərə klubunun qeyri-qanuni yollara əl atdığı sübuta yetirilsə, xalları silinə və transfer qadağası qoyula bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.