24-08-2022, 13:00 852

Çingiz Əsgərov:

"Biz hazırda Laçın sakinləri ilə birgə onların doğma yurdlarına - Çıraqlı, Ağbulaq və Kamallı kəndlərinə gəlmişik. Bu kəndlər erməni işğalı dövründə dağıdılaraq məhv edilib. Əlbəttə ki, buraya gələn sakinlər duyğusal hisslər keçirirlər. Onlar illər sonra öz doğma yurdlarına qayıdıblar".

Bunu "Report"un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib.

O xatırladıb ki, 2005-ci ildə bu sakinlər İnsan Hüquqları üzrə Avropa Məhkəməsində “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə iddia qaldırıblar:

"Azərbaycan dövləti bu işdə üçüncü tərəf kimi çıxış edərək həmin zərərçəkmişlərə hər cür dəstək göstərmişdi. Çünki bu, dövlətin vəzifəsidir. Azərbaycan dövləti hər zaman onların qayğısına qalıb.

Avropa Məhkəməsi zərərçəkmişlərin iddiaları üzrə 2015-ci il iyunun 16-da qəbul etdiyi qərarda “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğu əksini tapıb. Lakin indiyədək Ermənistan dövləti bu qərarı icra etmir. Həmin qərarla Ermənistan hökuməti bütün məcburi köçkünlər üçün bir mexanizm yaratmalı idi ki, zərərçəkmişlər kompensasiyaya görə müraciət etsinlər. Belə ki, həmin mexanizmlə Ermənistan dövləti kompensasiyaya baxmalı və müvafiq təzminat ödəməlidir. Onlar bunu etmirlər".

"Bundan başqa, Avropa Məhkəməsi tərəfindən vətəndaşlara təyin olunmuş - az da olsa - kompensasiya hələ də ödənilməyib. Biz bu barədə mütəmadi olaraq Avropa Şurasının Nazirlər Komitəsində məsələ qaldırırıq. Təkidlə bildiririk ki, Ermənistan dövləti məsuliyyətdən qaçmamalıdır və Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş kompensasiyanı ödəməlidir. Ümid edirəm ki, yaxın gələcəkdə biz bunu həll edəcəyik".

Qeyd edək ki, 6 nəfər laçınlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi qərara əsasən zərərçəkmiş kimi tanınıblar. Həmin məcburi köçkünlər bugünlərdə doğma Laçın rayonuna səfər ediblər.

Paylaş

Xəbər lenti

Seren Serengil bu şərtlə sərvətini sevgilisinə bağışlayacaq Bu gün, 14:48 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" Bu gün, 14:48 "Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr" sənədli filminin premyerası olub Bu gün, 14:48 Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər"i təqdim etdi Bu gün, 14:48 Nazir: "Qızılın bahalaşması ARDNF-ə böyük qazanc gətirib" Bu gün, 14:48 Bakıda qəzaya düşən "BMW" klinikaya çırpıldı Bu gün, 14:48 Cəlilabadda 6 kəndin işığı kəsilib Bu gün, 14:48 Çempionlar Liqasında ilk dəfə türk derbisi olacaq Bu gün, 14:48 Bakıda küçədə arvadını güllələyərək öldürən şəxs hakim qarşısına çıxarıldı Bu gün, 14:48 Qarabağda BÖYÜK LAYİHƏ: 17.5 milyonluq memorial kompleks tikiləcək Bu gün, 14:48 Bakıda birinci kurs tələbəsi bu səbəbdən öldü Bu gün, 13:48 Kredit götürənlərə SEVİNDİRİCİ XƏBƏR - Bu halda faizlər aşağı düşəcək... Bu gün, 13:48 Bu tarixdən 4 gün ardıcıl güclü YAĞIŞLAR YAĞACAQ - XƏBƏRDARLIQ Bu gün, 13:48 Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq Bu gün, 13:48 Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb Bu gün, 13:48 Ekspert ABŞ-nin İrana qarşı nüvə silahından istifadə ehtimalını qiymətləndirib Bu gün, 13:48 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib Bu gün, 13:48 Dollar Türkiyə lirəsi qarşısında tarixi rekordunu yenilədi Bu gün, 13:48 İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 PUA-sını vurduğunu açıqlayıb Bu gün, 13:48 Tehranda Trampın öldürülməsi ilə bağlı təhdid dolu plakat asılıb Bu gün, 13:48 Gələn il üçün Dövlət İnvestisiya Proqramı üzrə xərclərin tərkibi açıqlanıb Bu gün, 12:48 Qazaxda Səməd Vurğunun qohumu bıçaqlandı Bu gün, 12:48 Bakıda dəhşətli qəzanın görüntüləri - Ana və arabadakı uşağı maşın vurdu Bu gün, 12:48 Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq Bu gün, 12:48 "15 dəqiqəlik şəhər": Xırdalan dörd Azərbaycan şəhəri arasında öndədir Bu gün, 12:48 17 manatlıq yağ 21 manat olub - Qiymət niyə ucuzlaşmır? Bu gün, 12:48 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar Bu gün, 12:48 Hərbçilərin mənzil təminatına ayrılan vəsait 57 faiz azaldılır Bu gün, 12:48 Azərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb Bu gün, 12:48 Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin qalığı 3 dəfə artıb Bu gün, 11:48 Səudiyyə Ərəbistanı Azərbaycana 46,5 ton qurbanlıq ət göndərib Bu gün, 11:48 AZAL-a dotasiya 20 %-ə yaxın artırılır Bu gün, 11:48 Övlad gözləyənlərə ŞAD XƏBƏR - 1500 manat veriləcək Bu gün, 11:48 "Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! Bu gün, 11:48 Azərbaycanda dəfn pulu artırılır - 1200 manat olacaq Bu gün, 11:48 Gələn il Azərbaycanda 52 dövlət müəssisəsi dividend ödəməli olacaq Bu gün, 11:48 Saday Alıyevin məhkəməsi başladı - 3 milyonluq YEYİNTİ Bu gün, 11:48 Nərimanovda binadakı yanğın SÖNDÜRÜLDÜ Bu gün, 11:48 ABŞ-də aralıq seçkilərin ilkin nəticələri - Demokratlar Konqresdə çoxluğu ələ keçirir Bu gün, 11:48 ABŞ tarixində bir ilk: Müsəlman demokrat senator seçildi Bu gün, 11:48 "AnewZ" beynəlxalq televiziya kanalının iki yaşı tamam oldu Bu gün, 11:48 Azərbaycanda gələn il büdcə siyasətinin əsas istiqamətləri açıqlanıb Bu gün, 11:48 Sahil Babayev: "Neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük" Bu gün, 11:48 İşləyən analara verilən müavinət üç dəfəyə yaxın artırılır Bu gün, 11:48 Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! Bu gün, 10:48 Batrakov: "Çox xoşbəxtəm" Bu gün, 10:48 Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi Bu gün, 10:48 Metroda təmir işləri vaxtından əvvəl yekunlaşacaq? - RƏSMİ CAVAB Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR