7-11-2023, 09:43 1049

XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək

XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Mədəniyyət Nazirliyi və Kino Agentliyidir.

Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.

Bu il festivala 78 ölkədən 704 film göndərilib. Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından beynəlxalq, “Asiya istedadları” və yerli müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər.

Belə ki, beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, “Asiya istedadları”nda 17 film, yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı olan “Qızıl Nar” uğrunda mübarizəyə qoşulur.

Bu il beynəlxalq müsabiqənin filmlərini “Qızıl Pəri” mükafatçısı, filmləri Rotterdam, “Kinoşok”, Karlovı-Varı kimi nüfuzlu kinofestivallarda nümayiş olunub mükafatlar qazanan Yavər Rzayev, Kann mükafatçısı, Moskva, Tokio festivallarının baş mükafatçısı, rejissor Rza Mirkərimi, Berlinali mükafatçısı, Moskva, Avrasiya, Varşava Film Festivallarının baş mükafatçısı, rejissor, prodüser Fərhad Şərifov, tanınmış ssenarist, ssenari üzrə məsləhətçi Rulof Yan Minnebu qiymətləndirəcək.

“Asiya istedadları”nın münsiflər heyətində Baykonur Beynəlxalq Film Festivalının proqram direktoru, kinotənqidçi Ercan Cumabəyov, müasir Azərbaycan nəsrinin tanınmış siması, yazıçı, ssenarist Şərif Ağayar, bir sıra beynəlxalq kinofestivalların qalibi, rejissor, ssenarist Ramin Fərzanə yer alır.

Yerli müsabiqədə yarışan filmləri rejissor, ssenarist, teatr, kino və televiziyada öz dəsti-xətti ilə fərqlənməyi bacaran əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri, “Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Elçin Şıxlı, müasir Azərbaycan kinosunun ən məhsuldar təsvir rejissorlarından olan Nadir Mehdiyev qiymətləndirəcək.

Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə üç film yarışacaq.

Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. Belə ki, “British Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı - BAFTA namizədlərinin xüsusi nümayişi olacaq.

“Dili bizim”də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər göstəriləcək. “Panorama”da isə gələcəyinə böyük ümidlər bəslənən müəlliflərin filmləri təqdim olunacaq.

Festivalda yer alan yerli və xarici qısa filmlər 6 gün müddətində saat 11:00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Azərbaycan kinosunun 125 illiyinə həsr olunan “Retrospektiv”də müxtəlif dövrlərə aid beş qısa film - Zaur Məhərrəmovun “Bakı eyvanları”, Nicat Feyzullayevin “Yaşa, qızıl balıq”, Həsən Seyidbəylinin “Cazibə qüvvəsi”, Arif Məhərrəmovun “Münəccimin şagirdi”, Rüfət Əsədovun “Vahimə” ekran əsərləri göstəriləcək.

Həmçinin festivalın açılış günü “Azərbaycan kinematoqrafiyasında xidmətlərinə görə” bir neçə kino xadimi “Qızıl Nar” mükafatı ilə təltif ediləcək. Eyni zamanda festival müddətində tanınmış kinorejissor Rza Mirkəriminin “Şərq rejissorunun özəlliyi” mövzusunda master-klası, qrafik dizayner Rəsul Həsənin “Kinoda süni intellect texnologiyasının tətbiqi” adlı müharizəsi baş tutacaq.

Kann, Venesiya, Berlin film festivallarında, “Oskar”da mükafat və uğur qazanmış filmləri ölkəyə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı Azərbaycanda kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.

Paylaş

Xəbər lenti

Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Bu gün, 17:48 Sabah ilin son tutulması olacaq Bu gün, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Bu gün, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Bu gün, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Bu gün, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Bu gün, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Bu gün, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Bu gün, 17:48 Tarkan 2,5 saata 36 milyon qazanacaq Bu gün, 17:48 Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib Bu gün, 16:48 129 min izləyicisi olan səhifə müştərilərinin başına nə oyun açdı? Bu gün, 16:48 Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə mindi Bu gün, 16:48 Sabah ilin son Ay tutulması baş verəcək Bu gün, 16:48 Nepalda daşqınlarda ölənlərin sayı iki dəfə artaraq 332-yə yüksəldi Bu gün, 16:48 9 nömrəli avtobusda sərnişinlərin üzərinə çirkli su axıb Bu gün, 16:48 Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU Bu gün, 16:48 Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın GÖRÜNTÜSÜ Bu gün, 16:48 Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib Bu gün, 16:48 272 kiloqram arıqlayan gənci görənlər tanımadı Bu gün, 15:48 Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək Bu gün, 15:48 "Qarabağ"ın iki yeni transferi Bakıda: Biri nigeriyalı, digəri alman Bu gün, 15:48 Respublika Stadionunun qarşısına avtobusların girişi məhdudlaşdırılıb Bu gün, 15:48 Tatlısesin qızından təsirli paylaşım: "Heç nə etmək istəmirəm!" Bu gün, 15:48 Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb Bu gün, 15:48 Qaraciyəri yağdan qoruyan maddə adi tərəvəzdə tapıldı Bu gün, 15:48 "Sabah" klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM Bu gün, 15:48 Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək Bu gün, 15:48 Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb Bu gün, 14:48 Paşinyan: Köçəryan və Sarkisyan hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır Bu gün, 14:48 Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi Bu gün, 14:48 Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 14:48 Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir Bu gün, 14:48 500-dən yuxarı bal toplayan - 100-dən çox abituriyent kənarda qaldı Bu gün, 14:48 Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər Bu gün, 14:48 Sabah Biləsuvarda 6300-dən çox abonentin qazı kəsiləcək Bu gün, 14:48 Sabunçu sakinlərinin illərdir həll edilməyən YOL PROBLEMİ Bu gün, 14:48 Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə komanda-qərargah təlimi keçiriləcək Bu gün, 14:48 Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - STATİSTİKA Bu gün, 13:48 Dünyanın ən populyar smartfonunun adı açıqlandı Bu gün, 13:48 Zamiq Hüseynov küsülü olduğu Əməkdar artistlə barışıb Bu gün, 13:48 Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb Bu gün, 13:48 Zelenski: "Ukrayna ordusu son 24 saatda Rusiyadakı 16 hədəfi vurub" Bu gün, 13:48 47 il sonra Suriyada BİR İLK - Prezident Əhməd Əş-Şaraa ilk özü sınaqdan keçirdi Bu gün, 13:48 Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları - SİYAHI Bu gün, 12:48 Nepalda daşqınlarda ölən və itkin düşənlər arasında Azərbaycan vətəndaşı var? - RƏSMİ CAVAB Bu gün, 12:48 Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olunanlara MÜRACİƏT Bu gün, 12:48 Zeynəb Həsəni: "Elə ailəli qadınlar var ki, məndən açıq geyinirlər!" Bu gün, 12:48 Universitetə qəbul olunanların NƏZƏRİNƏ - Sabahdan... Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR