10-11-2023, 00:39 392

Qurban Qurbanov: “Eyni epizod “Bayer 04”ün qapısı qarşısında olsaydı, hakim penaltini verməyəcəkdi”

“Eyni epizod rəqibin qapısı qarşısında olsaydı, hakim penaltini verməyəcəkdi”.

“AVESTA.AZ”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer 04” klubuna 0:1 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis son dəqiqələrdə rəqibin lehinə təyin olunan penaltidən narazılıq bildirib: “Belə epizodlarda həmişə böyük klublara simpatiya bəslənilir. Referiyə iradlarımı bildirdim. Epizoda da baxdım. Oyunçu topu görmürsə, nə etməlidir?”

O, azarkeşlərin maraqlı mübarizə izlədiklərini vurğulayıb: “Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlbəttə ki, bu cür azarkeş qarşısında oynamaq çox xoş idi. Onlara da təşəkkür edirəm. Çox istəyərdik ki, bir xal qazanaq. Əfsuslar olsun ki, son dəqiqədə qol buraxdıq. Bu oyun komandaya həm təcrübə, həm dözümlülük baxımından çox şey qazandırdı. Səbəb axtara bilərik. Amma mən özümüzün daha diqqətli olmağımızın tərəfdarıyam. Xüsusən də, belə komandalara qarşı. Məğlub olduq. Amma azarkeşlər 90 dəqiqə yaxşı mübarizə, oyun gördülər. Bu cür komandanı, güclü futbolçuları canlı izlədilər. Belə matçlar futbolumuzun inkişafına, sevilməsinə böyük fayda verir”.

Baş məşqçi Leverkuzendəki 1:5 hesablı məğlubiyyətdən sonra yaxşı toparlandıqlarını düşünür: “Böyükhesablı məğlubiyyət mən də daxil olmaqla, futbolçulara pis təsir etmişdi. Bu dəqiqə futbol elə səviyyəyə çatıb ki, istənilən matçda 4-5 qol problem deyil. Hər tur bunu görə bilirik. Futbolçular rəqibi analiz edəndə çox diqqətli oldular, meydanda da çox intizamlı oynadılar, səbirli oldular. Məncə, yaxşı kollektiv hesabına rəqibə qarşı intizamlı oyun qurduq”.

Q.Qurbanov müdafiə xəttində məcburiyyətdən dəyişikliklər etdiyini deyib: “Müdafiədə nadir hallarda dəyişiklik edirəm. Əsas heyətdə dəyişikliyi özüm üçün düzgün saymıram. Çünki rəqibə ilk “onbirlik”lə hazırlaşırıq. Onlar tapşırığı daha yaxşı icra edirlər. Marko Veşoviç dəyişikliyi özü istədi. Elvin Cəfərquliyev də çox yorulmuşdu. İlk dəyişiklik düşündüklərimə görə olmadı. Maksim Medvedevi meydana buraxdıq. Üç mərkəz müdafiəçisi ilə oynadıq. Cəfərquliyev və Veşoviçin çıxması balansı pozdu. Ciddi bir şey də yox idi. Bir epizodda penalti verildi. Orada da, bəlkə daha intizamlı oynamaq olardı”.

Təcrübəli mütəxəssis penaltiyə görə kapitan Maksim Medvedevə iradının olmadığını bildirib: “Müzakirə olunası mövzu deyil, texniki epizoddur. O qədər oyunlarda belə penaltilər olub ki. Dünən “Mançester Yunayted”in matçında ikinci qolda həm qırmızı vərəqə, həm də penalti verdilər. Belə penalti vermək çox sadəlöhvlükdür. Mübarizə gedir, əl hərəkətləri olur. Futbolçu əllərini bağlayıb qaça bilməz. Futbolçular diqqətli olmalıdır. Maksimə gəldikdə, müzakirə olunası bir şey yoxdur”.

Onun sözlərinə görə, qapıçı Andrey Lunyovun zədəsi ciddidir: “Dizində ciddi ağrı var. Bəlkə də, yenidir. Çox ciddi zərbə olmuşdu. Sabah daha dəqiq məlumat verə bilərik”.

“Qarabağ”ın çalışdırıcısı çempionat matçlarında da dolu tribunalar önündə çıxış etmək arzusunda olduqlarını sözlərinə əlavə edib: “Çempionatımızda da bu qədər azarkeşin olmasını istəyərdik. Çünki biz texniki, taktiki, fiziki tərəfdən futbolçunu hazırlaya bilərik. Amma onları daha sürətli, düzgün icra etməsi üçün azarkeş böyük köməkdir. Bəzən meydanda danışanda bir-birilərini eşidirlər, ancaq azarkeşlər önündə olan oyun fərqlidir. Azarkeş üçün oynayırıq. Daha çox azarkeşi stadiona cəlb etməyi, futbolu onlara sevdirməyi düşünməliyik. Klublar daxil olmaqla, futbola cavabdeh qurumlar, bir sözlə, hamımız futbolu ölkəmizdə sevdirməliyik”.

Qurban Qurbanov 5 müdafiəçili sistemə keçdikləri zaman zəif çıxış etmələri ilə bağlı fikirlə razılaşmayıb: “Beşli müdafiə funksiyası var idi, amma dördlü kimi qalmışdıq. Veşoviç və Cəfərquliyevin əvəzlənməsi dizbalans yaratdı. Bu cür dəyişikliklərlə qalib gəldiyimiz oyunlar da olub. Üç oyunçunu istəmədən əvəzlədik. Sistem pozulur. Penalti epizodundan başqa nəsə olmadı. Hər şey istədiyimiz kimi gedirdi. Texniki epizod idi. Çox da müzakirə olunası məqam deyil”.

Paylaş

Xəbər lenti

Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR