13-11-2023, 15:53 523

İran səfirinin açıqlaması - yeni anti-Azərbaycan kampaniyasının başlanğıcı - ŞƏRH

İran hakimiyyətinin Azərbaycan Respublikasına münasibəti daim dalğavarı olub. Tehran rəsmilərinin açıqlamaları bir çox hallarda şübhə ilə qarşılanıb ki, bu da ona inamsızlıqdan irəli gəlir. Azərbaycan torpaqları işğal olunandan İrandakı rejimin bütün fəaliyyəti Ermənistanın müdafiəsinə yönəlib. 44 günlük müharibə zamanı bu, özünü daha aydın göstərdi.

İranın Ermənistanla Azərbaycan arasında vasitəçiliyi də sınaqdan çıxmadı. Mətbuatda bir neçə dəfə İran xüsusi xidmət orqanlarının Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrlə əlaqədə fəaliyyət göstərməsi ilə bağlı məlumatlar yayılıb. Şuşanın, Zəngilanın və başqa ərazilərin işğalında dolayısı ilə onun da əli olması dəfələrlə iddia edilib. İran hakimiyyətinin 30 il müddətində Azərbaycana qarşı fəaliyyətinə, etdiyi xəyanətlərə, təəssüf ki, çox rast gəlindiyindən onun istənilən xoşməramlı açıqlaması belə şübhəli görünür.

Bu günlərdə İran Prezidenti İbrahim Rəisinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamasından sonra elə zənn edilirdi ki, Tehran hakimiyyəti Cənubi Qafqazda reallığa uyğun davranmağa başlayacaq. Ancaq İranın Ermənistandakı səfiri Mehdi Sübhani verdiyi müsahibə ilə bu rejimə olan şübhələri təsdiqlədi.

Səfir Azərbaycanın Qarabağ iqtisadi rayonundan könüllü köçən erməni sakinlərin “pozulan hüquqlarından” danışmaqla rəsmi Bakını ittiham edib. O, erməni sakinlərin “öz müqəddəratını təyinetmə hüququndan” belə danışıb.

Səfir beynəlxalq hüquqdan danışaraq qurumlara çağırış edib. Sübhani Azərbaycana öz vətəndaşı sayılan erməni sakinlərin hüquqlarının qorunması ilə bağlı “tövsiyə” də verməyi yaddan çıxarmayıb.

Bunu hər addımbaşı vətəndaşın ən adi hüququnun pozulduğu ölkənin səfiri deyir. Son bir ay ərzində İranın İsfahan, Şirazın Adelabad, Qorqanın Əmirabad, Təbriz, Kaşan, Bəndər-Abbas və Zahidan şəhərlərinin mərkəzi həbsxanalarında, o cümlədən Kərəc əyalətinin Qızılhisar, Əhər şəhərinin zindanlarında azı 30 məhbus dar ağacından asılıb. Onların hamısının birmənalı olaraq qətl və narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunduqlarından məhkəmənin ədalətli hökmünə şübhələr yaranır. İran məhkəmələrinin ədalətli olması daim beynəlxalq ictimaiyyət tərəfindən şübhə ilə qarşılanıb. Bu ölkənin ədliyyə sisteminin şəffaf olmadığı beynəlxalq təşkilatların hesabatlarında daim əks olunub.

BMT və Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndələrini Tehran rejimi heç vaxt ölkəyə buraxmadığı halda, ermənilərə havadarlıq edərkən səfir Sübhaninin yadına beynəlxalq hüquq və ictimaiyyət düşür.

İranda fars olmayan etnik qrupların, azlıqların, habelə milyonlarla Azərbaycan türkünün ölkə konstitusiyasında təsbit edilən milli-mədəni hüquqları verilmir. Öz qanuni hüququnu tələb edənlər isə təqib və təzyiqlə üzləşir, həbs edilirlər. İranda insan hüquqlarının vəziyyətini ötən il sentyabrın 17-dən başlamış etiraz aksiyalarından daha aydın görmək olar. Etiraz aksiyaları zamanı hərbi-polis və bəsic qüvvələri 70-i uşaq olmaqla 519 nəfəri qətlə yetirib. 698-i tələbə olmaqla 19 291 etirazçı saxlanılıb, onlarla tələbə aksiyada iştirak etdiyi üçün ali təhsil müəssisələrindən qovulub.

Bu istiqamətdə çoxsaylı faktları qeyd etmək mümkündür. Bu baxımdan, Tehran hakimiyyətinin və onun təmsilçilərinin hüquq, azadlıq, öz müqəddəratını təyinetmə kimi məsələlərdən danışması saxtakarlıq kimi görünür.

Ərazi məsələsinə gəldikdə isə İranla Birləşmiş Ərəb Əmirlikləri arasında 3 ada ilə bağlı mübahisə hələ də həll edilməyib. 1992-ci ilin avqustunda İran Əbu Musa adasının ərəb sakinləri zorla ərazidən çıxarılaraq etnik təmizləmə aparılıb.

Qarabağda hərbi əməliyyatlar başlayandan erməni sakinlərə Azərbaycan hökuməti inteqrasiya olunmağı məsləhət görüb. Ən əsası isə onların ərazini könüllü tərk etdiklərinə dair çoxsaylı faktlar var.

Görünür, səfir bunları görmək istəməyib.

Sübhani İran hakimiyyətinin xarici siyasi kursunun icraçılarındandır. Bu baxımdan, onun müsahibəsi Tehranın Azərbaycana qarşı başladığı yeni kampaniyanın siqnalı da sayıla bilər. Nəzərə almaq lazımdır ki, İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin də Sübhaninin müsahibəsinə haqq qazandıran açıqlama yayıb. O da “öz müqəddəratını təyinetmə”, beynəlxalq hüquqdan bəhs etməklə təbliğatı davam etdirib. Odur ki, Pakayin İranda öz müqəddəratını təyinetmə hüququndan bəhs edənləri Tehran rejiminin niyə separatçı saymasına dair suala cavab versə, onun mövqeyi tam məlum olar.

Digər cavab verilməli sual isə azlıqların hüquqularından danışan diplomatların İranda hər il neçə-neçə yəhudinin, bəhaninin, zərdüştün ölkəni niyə tərk etdiyini, onların müxtəlif təzyiqlərə məruz qaldıqlarını bilib-bilməməsidir.

İranda etnik və dini azlıqlara edilən təzyiqləri, zülmü görməzlikdən gəlmək hər baxımdan anti-insanidir.

Səfirlərin “qanunbazlıq” çıxışı İranın Fransa, Ermənistan və bəzi Qərb ölkələrinin anti-Azərbaycan kampaniyasına qoşulduğunu nümayiş etdirir.

Bütün bunlar bir daha sübut edir ki, İran hakimiyyəti yaxın zamanda Azərbaycana münasibətdə səmimi olmayacaq. O, 2-ci Qarabağ müharibəsində və ondan sonra Ermənistanın haqsız mövqeyini dəstəkləməkdə davam edir.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR