
Azərbaycan nəqliyyat sahəsində Dünya Bankı ilə əməkdaşlığı etmək niyyətindədir.
"AVESTA.AZ" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"Azərbaycanda səfərdə olan Dünya Bankının nümayəndə heyəti ilə görüşdük. Ölkəmizdə nəqliyyat sahəsində həyata keçirilməsi planlaşdırılan layihələri müzakirə etdik, bu istiqamətdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.