14-11-2023, 13:44 450

“Avropa İttifaqı 30 il ərzində ATƏT-in oynadığı oyunu təkrarlayır” - RƏY

"Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozep Borelin son bəyanatı onu göstərir ki, bu gün Avropa İttifaqı 30 il ərzində ATƏT-in oynadığı oyunu təkrarlayır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

“Biz bilirdik ki, qazandığımız qələbəni çoxlarının gözü götürməyəcək. Borelin dedikləri bunun açıq təzahürüdür. Fikrimcə, onların problemi reallığı anlaya bilməmələrindədir. Başa düşməlidirlər ki, hətta ən zəif vaxtlarımızda torpaqlarımızın işğalını bizə qəbul etdirə bilməyiblər, iradəmizi sındırmağı bacarmayıblar. İndi də Borelin dili ilə söylənilənlərin bizim üçün heç bir əhəmiyyəti yoxdur”, - o bildirib.

E.Allahverdiyevin sözlərinə görə, Borelin bəyanatı Avropanın “müşahidəçi” adı ilə Ermənistana yeritdiyi kəşfiyyatçı missiyanın fəaliyyətinin məntiqi davamıdır.

“Onların Ermənistanda əslində hansı məqsəd güddüklərini artıq hamı anlayır. Fikrimcə, Rusiyanın Ermənistandan tam sıxışdırılıb çıxarılması və İranın bölgədəki təsir vasitələrinin neytrallaşdırılmasına yönəlmiş bu siyasətdən lazımi yerlərdə də nəticə çıxarılır. İstənilən halda ayaq altında qalan yenə Ermənistan olacaq. Azərbaycan illər boyu Ermənistana bu vəziyyətlə bağlı xəbərdarlıq edib. Ancaq görünür ki, Ermənistan tarixi boyu həvəslə icra etdiyi rolunu davam etdirmək niyyətindədir. İki əsr ərzində Rusiya üçün etdiklərini indi Avropa üçün edir. Bu ölkə, bu xalq müstəqil yaşaya bilmir, bacarmır və belə görünür ki, istəmir. Ermənistana Fransa istehsalı olan silahın ötürülməsinin bir funksiyası da üzv olduğu KTMT-nin nəzarətindən çıxmasına hesablanıb. Bunun isə kimə qarşı demarş olması, təbii ki, məlumdur”, - Milli Məclisin üzvü qeyd edib.

Deputat əlavə edib ki, Borelin son bəyanatının məntiqsizliyi Ermənistan-Azərbaycan şərti sərhədində son bir neçə aydır tam sakitlikdən, hər hansı hərbi yerdəyişmələr müşahidə olunmamasından irəli gəlir: “Hazırda faktiki olaraq hər hansı hərbi hərəkətlərin heç bir əlaməti görünmür. Düzdür, Azərbaycanın Ermənistana yekun sülh müqaviləsi ilə bağlı göndərdiyi təkliflər hələ cavablandırılmayıb. Lakin Azərbaycanın sərhədlərin delimitasiyası üçün növbəti təkliflərini verməsi bizim sülh tərəfdarı olduğumuzun, sülhün bərqərar olması ilə regional əməkdaşlığa başlamaq niyyətimizin aşkar təzahürüdür. Bütün bunların fonunda Avropanın niyə “həyəcan təbili” çalmağa, Ermənistanı silahlandırmağa başladığı anlaşılandır. Görünür, Avropanın tamamlanmamış işləri var və bu prosesin başında Makron Fransası durub”.

E.Allahverdiyev vurğulayıb ki, Avropa İttifaqı strukturlarının bu ikili standartlı davranışı bütövükdə Qərbin Cənubi Qafqazda sülhə və sabitliyə qarşı yönəlmiş addımlarından xəbər verir: “Sanki Qərb regiondakı vəziyyəti Ermənistanın əli ilə qarışdırmaq istəyir. Lakin unutmasınlar ki, bu, Ermənistanın bir dövlət kimi süqutu ilə nəticələnə bilər. Biz bunu bir neçə ölkənin nümunəsində görmüşük. Suriya döyüş bataqlığına çevrilib. Ukrayna, təəssüf ki, iki ildir bu vəziyyətdədir. Bu baxımdan, Ermənistan rəhbərliyinin seçimi pozitiv heç nə vəd etmir”.

Qeyd edək ki, C.Borrel Avropa İttifaqı Şurasının Brüsseldə keçirilən iclasından sonra bəyan edib ki, Ermənistana Avropa Sülh Fondundan yardım edilməsi ilə bağlı imkanlar araşdırılacaq. O, heç bir real əsas olmadan qeyd edib ki, Aİ Azərbaycana Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasının qəbuledilməz olması ilə bağlı xəbərdarlıq edib.

Paylaş

Xəbər lenti

"Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR