16-11-2023, 19:55 594

Qərbi Azərbaycan Xronikası: İrəvan azərbaycanlılara qarşı “gizli silahı” işə saldı

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Göyçə gölü bu gün məhv olmaq təhlükəsi ilə üzləşib” adlı analitik veriliş efirə gedib.

"Report" xəbər verir ki, verilişdə Qərbi Azərbaycanda həyata keçirilən ekoloji terrora, qızıl yataqlarının qanunsuz istismarına, Göyçə gölünün məhv olmaq təhlükəsi ilə üzləşməsinə toxunulur, həmçinin Ermənistan Milli Elmlər Akademiyasının Ekologiya Mərkəzinin direktoru olmuş Armen Saqatelyanın 2019-cu ildə bununla bağlı etdiyi etirafdan bəhs olunur.

A.Saqatelyanın sözlərinə görə, düşmənə hərbi güclə qalib gələ bilməyəndə, müharibənin başqa elementləri işə salınır, onlardan biri də ekosiddir. Bununla düşmənin həyat təminatı məhv edilir. Sevan (Göyçə) gölü əlimizdəki bu elementlərdən biridir.

Süjetdə bildirilir ki, Ermənistan Azərbaycana qarşı müharibədə ekoloji terror silahından istifadə edib: “Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində meşələrin yandırılması ekoloji terror silahının tətbiqi idi. Eyni zamanda, 30 illik işğal dövründə həyata keçirilən talanlar bölgənin ekoloji mühitinə nəticəsi onilliklər boyunca davam edəcək ziyan vurub. Qərbi Azərbaycanda həyata keçirilən ekoloji terrorun arxasında dayanan məqsəd də işğal faktoru – azərbaycanlıların geri qayıtması perspektivinin məhv edilməsidir. Elə buradan Armen Saqatelyanın Göyçə gölünü niyə müharibə elementi adlandırmasının səbəbi aydın olur”.

Diqqətə çatdırılır ki, Göyçə gölü bu gün məhv olmaq təhlükəsi ilə üzləşib və bunu erməni ekoloqlar Knarik Hovhannisyan, Karine Danielyan da təsdiqləyirlər: “Gölə axan çayların suyunun təmizlənməməsi, ətrafda turizm mərkəzlərindən çirkli suyun axıdılması, eləcə də tullantı sularının gölə axan kanallara atılması bölgədə yeganə şirin su hövzəsini itirmək təhlükəsini yaradır. Göyçə gölünün xilas edilməsi ilə bağlı hökumətə dəfələrlə xəbərdarlıqlar edilməsinə, təkliflər verilməsinə baxmayaraq, heç bir addım atılmayıb. Qərbi Azərbaycanın ekologiyasına vurulan ən böyük zərbədən birinin də qızıl yataqlarının qanunsuz istismarıdır”.

Verilişdə vurğulanır ki, son illər, xüsusilə 44 günlük müharibədən sonra ermənilər Qərbi Azərbaycanı sürətlə tərk edirlər: “Rəsmi statistikaya görə, 2005-ci ildə Qərbi Zəngəzurda 149 min 700 nəfər yaşayırdısa, ötən il bu rəqəm 106 min 916 nəfərədək azalıb. Bu amil ermənilərin tərk etdiyi tarixi torpaqlarımıza azərbaycanlıların qayıdışının uzaq perspektivdə olmadığını deməyə əsas verir. Ermənistanın Qərbi Azərbaycanda dövlət səviyyəsində həyata keçirdiyi ekoloji terrorun hədəfi də məhz azərbaycanlıların geri qayıdışının qarşısını almaq, qayıdış prosesi baş verəcəyi təqdirdə, bölgədə həyat mənbələrini məhv etməkdir. Bütün bunlar təsdiq edir ki, Ermənistan işğal dövründə Qarabağda tətbiq etdiyi ekoloji terror silahını bu gün Qərbi Azərbaycanda da tətbiq edir. Bu silah təkcə Azərbaycan üçün yox, regionun digər ölkələri üçün də təhlükəlidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabr 16-da saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR