18-11-2023, 13:23 743

Qubada olimpiya idman növləri üzrə “İdman festivalı 2023”ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Qubada keçirilən olimpiya idman növləri üzrə “İdman festivalı 2023”ün açılış mərasimi olub.

“Report”un Şimal bürosunun məlumatına görə, 5 gün davam edəcək tədbirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdir müavini Nicat Həsənov və Quba rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova iştirak ediblər.

Yarışa 23 idman növü üzrə 13-15 yaşlı 168 idmançı, həmçinin 18 məşqçi qatılıb. Festivalda Türkiyə və Keniyadan gələn idmançılar da iştirak edirlər.

İlk olaraq çıxış edən Səidə Abasova Azərbaycanda idmanın kütləviliyinin təmin olunması üçün məqsədyönlü və kompleks xarakterli tədbirlərin həyata keçirildiyini deyib: “Ölkəmizdə olimpiya hərəkatı uğurla və sürətlə inkişaf etdirilir. Sayca ikinci olan, Qubada isə ilk dəfə keçirilən idman festivalı ayrı-ayrı növlərin təbliği, uşaq və yeniyetmələrdə idmana maraq oyatmaq, onların asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyət kəsb edir. İdmançılarımız artıq xarici ölkələrdə bizi müzəffər xalq kimi təmsil edirlər. Gənclərmizin vətənpərvər, sağlam ruhda böyümələri, idmanla məşğul olmaları bizim üçün çox önəmlidir”.

Nicat Həsənov da idmançıların daim dövlətin qayğısını hiss etdiklərini diqqətə çatdırıb: “Ölkə rəhbərliyinin idmanın inkişafına göstərdiyi diqqət və qayğını idmançılar hər zaman hiss edirlər. Bu qayğı idman sahəsində çalışanlar üçün yaradılan şəraitdən, ölkəmizdə keçirilən nüfuzlu yarışlardan, idmançılarımızın beynəlxalq arenalarda təmsil olunmalarından və bir çox amillərdən hiss olunur. İdmanın kütləviliyinin təmin edilməsi, idmançıların peşəkarlıq səviyyələrinin artırılması üçün Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir”.

Ardından idmançılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunub. Bu sırada müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi görüşlər keçirilib. Eyni zamanda Qubaya ekskursiya təşkil olunub. Bu gün və noyabrın 19-da idmançılar şəhərin mərkəzində, Nizami parkında quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcəklər. Bəzi idman növlərində isə çıxışlara izləyicilər də qatılacaqlar.

Qeyd edək ki, ilk festival 2022-ci ildə Şəkidə keçirilib. Orada 23 idman növü üzrə 149 idmançı və 35 məşqçi iştirak edib.

Paylaş

Xəbər lenti

"Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Dünən, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Dünən, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Dünən, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Dünən, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Dünən, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Dünən, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Dünən, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Dünən, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Dünən, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Dünən, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Dünən, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Dünən, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR