25-08-2022, 12:00 1368

Qarabağ türkdilli dövlətləri bir-birinə daha da yaxınlaşdırır - ŞƏRH

Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayevin Azərbaycana səfəri və ölkə başçısı İlham Əliyevlə görüşü ciddi nəticələrlə yadda qaldı. Liderlər arasında müxtəlif sahələrə dair 15 mühüm sənəd imzalandı. Müzakirələr zamanı əldə olunan raızlaşmalardan biri də Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işləri ilə bağlı oldu.

Azərbaycan Vətən müharibəsi nəticəsində torpaqlarını düşmən tapdağından azad etdikdən sonra ərazidə sürətli yenidənqurma işlərinə start verildi. Qarabağın bərpası indi də prioritetimizdir. Çünki bu, əhalinin dədə-baba torpaqlarına köçünü yaxınlaşdırmaqla yanaşı, eyni zamanda Qarabağa əvvəlki ovqatın qayıtmasını təmin edəcək.

Torpaqlarımız işğaldan azad edildildən sonra bir sıra dövlətlər, o cümlədən qardaş Türkiyə oradakı yenidənqurma işlərində iştirak etmək istədiklərini bildirdilər. Qardaş və dost dövlətlərin bu addımı, əlbəttə, ikitərəfli əlaqələrin inkişafına da töhfədir. Eyni zamanda bizi istəməyən tərəflərə ciddi mesajdır. Onlar qardaş və dostlarımızın torpaqlarımızın azad olunmasına necə sevindiklərini görürlər.

Qazaxıstanın bərpa və yenidənqurma işlərinə qoşulması isə xüsusi əhəmiyyətlidir. Məlum olduğu kimi, həm rəsmi Bakı, həm də Nursultan Türk Dövlətləri Təşkilatına (TDT) daxildir. Deməli, sözügedən məqam ikitərəfli münasibətlərin inkişafı istiqamətində mühüm addım olmaqla yanaşı, həmçinin TDT daxilində də əməkdaşlıq mühitinə töhfədir.

Qazaxıstan Qarabağdakı yenidənqurma işlərində iştirak etməyə çoxdan maraq göstərir. Hələ 2021-ci ilin iyun ayında Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ölkəmizə səfəri zamanı azərbaycanlı həmkarı Ceyhun Bayramovla iqtisadi əlaqələr, o cümlədən investisiya layihələri və nəqliyyat dəhlizlərinin inkişafı barədə fikir mübadiləsi aparmışdı. Qazaxıstanın Qarabağdakı yenidənqurma işlərindən iştirak edəcəyi o zamandan planlaşdırılırdı. Sonradan müxtəlif səviyyəli təmaslar, o cümlədən görüşlər və telefon danışıqları zamanı yenə də bu məsələ gündəmə gəldi.

Dünənki görüşdə məlum oldu ki, Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikiləcək. Dövlət başçıları Mərkəzin layihəsi ilə tanış olublar. Tokayev həmin layihəni Qazaxıstanın Azərbaycana hədiyyəsi kimi təqdim edib. O bildirib ki, bu bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, hazırda bizim hamımızın məşğul olduğumuz Qarabağın bərpası işinə töhfədir. Tokayev bu fikirləri ilə iki mühüm mesaj verib. O, “qardaşcasına münasibət” ifadəsini işlətməklə Azərbaycanla müxtəlif formatlarda əməkdaşlığın bundan sonra da davam edəcəyinə işarə vurub. Həmçinin Qazaxıstan Prezidenti söyləyib ki, biz hamımız Qarabağın bərpası prosesi ilə məşğul oluruq. Əlbəttə, Tokayev “biz hamımız” deməklə məhz Türk Dövlətləri Təşkilatını nəzərdə tuturdu. O demək istəyirdi ki, Qarabağ zəfəri bütün türk dünyasının ortaq qələbəsi olmaqla yanaşı, buradakı yenidənqurma işləri də bütün türkdilli dövlətlərin ortaq fəaliyyət platformasıdır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2021-ci ili Şuşa ili elan edib. Bu cənnət diyar həm də türk dünyasının mədəniyyət mərkəzidir. Türküstan isə türk dünyasının qədim, tarixi ənənələrə malik şəhərlərindəndir. Deməli, bu iki şəhərin qardaşlaşması Azərbaycan və Qazaxıstan xalqlarını bir-birinə daha da yaxınlaşdıracaq. Beləliklə, əlaqələrimiz bütün sahələrdə daha da güclənəcək. Deməli, indi atılan addımlar Türk Dövlətləri Təşkilatının gələcəyinə hesablanıb.

Bütün bunlar o deməkdir ki, Qarabağ ətafında görülən işlər, əldə olunan razılaşmalar tükdilli dövlətlərin bir-birilərinə daha da yaxınlaşması istiqamətində müstəsna əhəmiyyətə malikdir.

Paylaş

Xəbər lenti

Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR