“Sudan ölkədə qadın hüquqlarının təşviqi üçün fəal işləyir”.
“AVESTA.AZ” xəbər verir ki, bunu Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mustafa Abdel Halim noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son 10 ildə Sudan cəmiyyətində gender bərabərliyinə nail olmaq üçün ciddi səylər göstərilib: “Biz kişilər və qadınlar üçün bərabər əmək haqqının təmin edilməsinə çalışır, sahibkarlıqda qadınların roluna böyük əhəmiyyət veririk. İqtisadi böhrana baxmayaraq, Sudan dövləti qadınları dəstəkləyir, onların müxtəlif sahələrə, o cümlədən iqtisadiyyata inteqrasiyasına çalışır”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.