21-11-2023, 17:40 1631

Pərviz Şahbazov: “Yaşıl enerji” dəhlizi ilə 4 QVt enerji ixrac ediləcək”

“Yaşıl enerji” dəhliz ilə 4 QVt elektrik enerjisinin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib.

“AVESTA.AZ” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov Macarıstanın paytaxtı Budapeştdə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə keçirilmiş nazirlərin V iclasında bildirib.

Tədbirdə Macarıstanı xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstanı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı isə energetika naziri Sebastian Burduja təmsil edib. Görüşdə, həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, 4 ölkənin ötürücü sistem operatorlarının və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.

P.Şahbazov Azərbaycanda bərpa olunan enerji potensialının reallaşdırılmasından və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafının cari vəziyyətindən bəhs edib. Nazir bir neçə ölkəni, iki dənizi birləşdirən marşrutlarla Xəzər dənizinin “yaşıl enerji” potensialını Avropada təchizatın təhlükəsizliyinin gücləndirilməsinə və təmiz enerji keçidinə yönəldən bu strateji layihənin icrasını sürətləndirməyin əhəmiyyətini vurğulayıb. O, bildirib ki, təxminən bir il əvvəl ölkələrimiz vahid mövqedən çıxış edərək “yaşıl enerji” dəhlizi təşəbbüsü üzrə sıx əməkdaşlığa hazır olduqlarını Avropa İttifaqının şahidliyi ilə ali səviyyədə təsdiqləyib: “Bu layihə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısına çevrilmək planlarının tərkib hissədir. Bu dəhlizlə 4 QVt həcmində “yaşıl enerji”nin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılıb və növbəti proseslərə start verilib. “Yaşıl enerji” tərəfdaşlığımızın öz məqsədinə çatması üçün bərpa olunan mənbələrdən enerji istehsalı, bu enerjinin ötürülməsi və satışı istiqamətlərində sıx koordinasiya olunmuş fəaliyyət həyata keçirilməlidir”.

Müzakirələr zamanı dəhlizin ölkələr üzrə perspektivləri, Bolqarıstanın layihəyə qoşulması, Avropa İttifaqı tərəfindən layihənin maliyyələşdirilməsi imkanları, Gürcüstan və Rumıniya arasında Qara dəniz sualtı kabel layihəsi üzrə “CESI” məsləhətçi şirkətinin fəaliyyəti kimi məsələlər nəzərdən keçirilib.

İclasda dəhlizin Texniki İqtisadi Əsaslandırmasının (TİƏ) hazırlanması üzrə məsləhətçi şirkətin seçilməsi üçün tenderin keçirilməsi müsbət qiymətləndirilib və prosesin tamamlanmasından sonra texniki-iqtisadi əsaslandırmaya dərhal başlamaq niyyəti ifadə olunub. Birgə Müəssisənin tezliklə yaradılmasının vacibliyi vurğulanaraq bu prosesdən irəli gələn məsələlərin razılaşdırılması məqsədilə 4 ölkənin ötürücü sistem operatorlarının dekabrda Bakıda görüşünün keçirilməsi, həmçinin Bolqarıstanın layihəyə qoşulması ilə bağlı proseslərə başlanması barədə razılıq əldə olunub. Bundan başqa, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında cari ilin noyabrında Bakıda keçirilmiş görüş və Mərkəzi Asiya ölkələrinin “Yaşıl Enerji Dəhlizi” vasitəsilə Avropa ilə “yaşıl enerji” mübadiləsi aparmaq niyyəti müsbət qarşılanıb.

İclasın yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın gələn il Gürcüstanda keçirilməsinə qərar verilib. Həmçinin iclas çərçivəsində “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb və bu istiqamətdə “yaşıl enerji platforması”nın yaradılması razılaşdırılıb.

Paylaş

Xəbər lenti

Şəhid Anar Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib Bu gün, 18:48 Netanyahu: İsrail HHQ mümkün əməliyyatlara tam hazırdır Bu gün, 18:48 Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır Bu gün, 18:48 "Sabah" səfərdə "Şamaxı"ya qalib gəlib Bu gün, 18:48 Texasda təyyarə qəzası: idman komandasının bütün üzvləri həlak oldu Bu gün, 17:48 Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı Bu gün, 17:48 "Bakı Marafonu 2026"nın mükafatlandırma mərasimi olub, qaliblərə medalları Leyla Əliyeva təqdim edib Bu gün, 17:48 Siqaret çəkmək əsəbləri sakitləşdirir? Bu gün, 16:48 "Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib Bu gün, 16:48 Bakı Marafonu 2026-da yarış başa çatıb Bu gün, 16:48 Manana Çaparidze bağını nümayiş etdirdi Bu gün, 15:48 Monqolustan Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq potensialını görür Bu gün, 15:48 İstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? Bu gün, 15:48 Yasamaldakı dəhşətli yanğında ölən Könül Vəlibəylinin qızının sarsıdıcı ETİRAFI Bu gün, 14:48 "Arka sokaklar"ın aktyoru yeni serialda Bu gün, 13:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib Bu gün, 13:48 Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə test imtahanı keçirilir Bu gün, 13:48 Bərdədə asfalta yağ dağıldı, qəzaya səbəb oldu Bu gün, 13:48 Bakıda barda qanlı olay: İçəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı Bu gün, 12:48 Bakıda və Abşeronda şimal-qərb küləyi arabir güclənib - FAKTİKİ HAVA Bu gün, 12:48 İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib Bu gün, 12:48 Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib Bu gün, 12:48 Buraxılış imtahanında bir nəfərdə gizlədilmiş mobil telefon aşkarlanıb Bu gün, 12:48 Sabah Bakıda 19, bölgələrdə 24 dərəcə isti olacaq Bu gün, 12:48 Qara Qarayev prospektində sıxlığı azaldacaq TƏKLİF: Sürücülərin işi asanlaşacaq Bu gün, 11:48 "Bakı Marafonu 2026" başlayıb Bu gün, 11:48 Tahir Gözəl ona çay verən şəxsə 50 manat bəxşiş verdi Bu gün, 11:48 Kəmalə Piriyeva: "Türk seriallarına həsəd aparıram" Bu gün, 11:48 Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır Bu gün, 11:48 Cahangeşt Balaxanı: "Meyxanaya məşhurlaşmaq üçün gələnlər unudulub gedirlər" Bu gün, 10:48 Qəzada ölən 17 yaşlı Yusifin FOTOsu Bu gün, 10:48 "Bakı Marafonu 2026" başlayır Bu gün, 10:48 İranın ABŞ-yə təqdim etdiyi 14 bəndlik təklifin bəzi DETALLARI Bu gün, 10:48 Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək Bu gün, 10:48 Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verəcək Bu gün, 09:48 Tramp təsdiqlədi: Almaniyadan qoşunlar çıxarılır Bu gün, 09:48 Ekspertdən təklif: "Piyadalar üçün cərimələr artırılsın" Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək Bu gün, 09:48 Kürdə suyun səviyyəsi artdı, İmişlinin üç kəndində torpaqlar su altında qaldı Bu gün, 00:48 Söküntü zamanı bəzi evlərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmanın tətbiqi təklif edilir Bu gün, 00:48 Eldar Rəsulov: WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq Dünən, 23:48 WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb Dünən, 23:48 ABŞ Kubada hərbi əməliyyat keçirmək imkanını araşdırır Dünən, 23:48 Qərbi Azərbaycan İcmasında qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans keçirilib Dünən, 23:48 "OPEC+" iyun ayı üçün neft hasilatı kvotasının artırılmasını razılaşdırıb Dünən, 22:48 Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? Dünən, 22:48 İran ABŞ ilə sülh planını Pakistana təqdim edib Dünən, 22:48 Premyer Liqa: "İmişli" "Araz-Naxçıvan"a qalib gəlib Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR