
Gələn il Gürcüstanda parlament seçkilərində "Vahid Milli Hərəkat" partiyasından daha çox azərbaycanlı namizəd kimi iştirak edəcək.
Bu fikri "Report" un Gürcüstan bürosuna "Vahid Milli Hərəkat" partiyasının deputatı David Kirkitadze "Qızıl gül" inqilabının 20 illiyi ilə bağlı keçirilən tədbir zamanı deyib.
Deputat qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılara hər zaman böyük hörmət və sevgi olub: "Bu seçkilərdə Gürcüstan azərbaycanlılarının sayı "Vahid Milli Hərəkat" partiyasının tarixi ərzində heç vaxt olmadığı qədər çox olacaq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.