25-08-2022, 18:00 724

Ləyaqət və dürüstlük İranın siyasətinə ziddir - ŞƏRH

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri qonşularla münasibətlərin normal səviyyədə olmasıdır. Biz keçən il Şuşa Bəyannaməsi nəticəsində qardaş Türkiyə ilə müttəfiq olduq. Qərb qonşularımızdan biri, Gürcüstanla münasibətlərimiz həmişə olduğu kimi bu gün də yaxşıdır. Şimal qonşumuz Rusiya ilə münasibətlər yaxşıdır. Həmçinin Vətən müharibəsindəki qələbədən, torpaqlarımızı azad etdikdən sonra bu gün Ermənistana sülh təklif edir, münasibətlərimizin normallaşmasına çalışırıq. Ermənistan istisna olmaqla adıçəkilən dövlətlər də Azərbaycanla münasibətlərdə maraqlıdırlar. Çünki müasir dövrdə rəsmi Bakı əsas regional aktorlardandır.

Buna baxmayaraq, cənub qonşumuz İran uzun illərdir ki, Azərbaycana qarşı birmənalı mövqe sərgiləmir. Müxtəlif rəsmilər, o cümlədən ölkə rəhbərliyi ayrı-ayrı vaxtlarda Bakı ilə bağlı konstruktiv bəyanatlar səsləndirsələr də, əməldə başqa ritorika nümayiş etdiriblər. Bu, İran fars rejiminin ikiüzlülüyünün ən bariz nümunəsidir.

Çox uzağa getməyə ehtiyac yoxdur: 2020-ci ildəki Vətən müharibəsi zamanı İranın proseslərə yanaşması oradakı fars rejimi haqqında hər cür tənqidə əsas yaradır. 44 günlük savaşda və ondan əvvəlki dövrdə - döyüşlər ərəfəsində Tehran intensiv formada erməni tərəfini silahlandırmaqda idi. Eyni zamanda bir sıra dövlətlər İran vasitəsilə Ermənistanı silahlandırırdı. Fars rejimi isə buna nəinki göz yumur, hətta şərait yaradırdı. Əlbəttə, istəsə, etiraz edə, hava məkanını da, quru yolunu da silah təminatı üçün bağlaya bilərdi. Lakin istəmir, əksinə, silahların keçməsinə yardım edirdi.

Həmin vaxtlarda İran rəsmiləri bu məsələni təkzib edirdilər. Lakin yayılan kadrlar göstərirdi ki, dürüstlük, ləyaqət Tehranın xarici siyasətinə qəti şəkildə ziddir.

İranın daim Ermənistanı silahlandırması nə Azərbaycanla qonşuluğa, nə də din birliyinə-İslam həmrəyliyinə uyğundur. Deməli, İran üçün müqəddəs heç nə yoxdur. Hətta bir çox hallarda fars rejiminin dindən manipulyasiya vasitəsi kimi istifadə etdiyini də desək, yanılmarıq. Bununla bağlı da onlarca misal çəkmək olar.

Müharibədən bir müddət sonra, 2021-ci ildə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistanın həmin vaxtkı XİN başçısı Ara Ayvazyanla görüşündə Ermənistanın ərazi bütövlüyünün İran üçün “qırmızı xətt” olduğunu söyləmişdi. Beləliklə, İranın regionla bağlı siyasəti bir daha ortaya çıxmışdı. Bundan sonra Tehranın Bakı haqqında “dost” sözünü işlətməsi, əlbəttə, həm absurd, həm də gülünc, həm də ikiüzlülükdür.

2021-ci ilin iyun ayında İranda prezident seçkiləri keçirilərkən yeni hökumətin Azərbaycana münasibətinin, nəhayət, dəyişəcəyinə ümid edənlər var idi. Lakin belə olmadı.

Görünür, İran üçün bu regional siyasət hakimiyyət yox, tarixilik məsələsidir. Yəni hakimiyyətə kim gəlirsə, gəlsin Tehran düzələn deyil. Necə gəlibsə, elə də gedəcək: riyakar, ləyaqətsiz, ikiüzlü...

Əslində, İranın Ermənistana dəstəyi son illərdə yox, 90-cı illərin sonunda - SSRİ parçalandıqdan sonra başlayıb. İrəvanın zəhərli ilan kimi baş qaldırmasının əsas səbəblərindən biri də məhz bu idi. Təəssüflə deməliyik ki, Tehran həmişə Bakıya qarşı İrəvan “kart”ından istifadə etməyə çalışıb.

Öz doğma müsəlman qardaşlarının məhv edilməsi üçün qeyri-dindən olan ölkəyə yardım edən dövlət öz vətəndaşlarına qarşı da ayrı-seçkilik edir, orada azərbaycanlıları daim sıxışdırmaqda davam edir, həmvətənlərimizin hüquqlarını pozur. Sanki 1925-ci ilə - Pəhləvi sülaləsi hakimiyyətə gələnə qədər ölkəni Azərbaycan türkləri idarə etməyiblər!

Bu gün İranda azərbaycanlılara qarşı neqativ münasibət isə bizi narahat etməyə bilməz. Çünki oradakı soydaşlarımız dünyadakı 50 milyon azərbaycanlının əhəmiyyətli hissəsidir. Biz bütün təzyiqlərə rəğmən, tariximizə sahib çıxır və faktların saxtalaşdırılmasını istəmirik. İrana da bunu təklif edirik. Çünki regionda yeni reallıqları Azərbaycan və Türkiyənin diktə etdiyi, dünya ölkələrinin Bakı ilə münasibətlərin inkişafına çalışdığı bir vaxtda İranın riyakar siyasəti bumeranq effekti verə bilər. Necə deyərlər, sirkə nə qədər tünd olarsa, öz küpünü çatladar.

P.S. Fars şovinistləri Cənubi Azərbaycandakı soydaşlarımızla bağlı neqativ addım atarkən heç vaxt unutmamalıdır ki, İrandakl inqilablar adətən Təbrizdən başlayır...

Paylaş

Xəbər lenti

Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib Bu gün, 14:48 Bakıda bu yolda nişan sürücülərin CƏRİMƏLƏNMƏSİNƏ səbəb olur Bu gün, 14:48 "SOCAR Green": BESS Azərbaycanın enerji dəhlizlərinin tərkibinə daxil ediləcək Bu gün, 14:48 Orxan Həsənoğlu: Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları üçün cinayət tərkibli materiallar yoxdur Bu gün, 14:48 Birinci sinfə 124 mindən çox uşaq qəbul olunub Bu gün, 14:48 Alen Simonyan Hikmət Hacıyevlə görüşü və Bakıya səfəri barədə açıqlama verib Bu gün, 14:48 Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - AÇIQLAMA Bu gün, 14:48 Bu bağçalar dövlət dəstəyi ilə fəaliyyət göstərəcək - SİYAHI Bu gün, 14:48 İsfəndiyar Axundov həbs edilən iş adamı barəsində danışdı: "Emil Səməndərov savadsız adam idi, aldatdılar" Bu gün, 14:48 Rusiya XİN: Minaların təmizlənməsi münaqişə zonalarının bərpası üçün zəruri şərtdir Bu gün, 13:48 Aygün Kazımovanın kişi fanatları izdiham yaratdı Bu gün, 13:48 Bu il indiyədək neçə şagird yerdəyişmə edib? - RƏSMİ Bu gün, 13:48 İbrahim Tatlısesin son görüntüsü pərəstişkarlarını narahat etdi Bu gün, 13:48 Ərindən borc istəyən qadın döyülüb Bu gün, 13:48 Bəşər Əsədin gizli nüvə fəaliyyəti üzə çıxdı - 73 ton uran tapıldı Bu gün, 13:48 Əhməd Davudoğluna qarşı istintaq başladılıb Bu gün, 13:48 Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib Bu gün, 12:48 Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib Bu gün, 12:48 Bakıda avqust ayı normadan 2 dərəcə isti keçib Bu gün, 12:48 Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı Bu gün, 12:48 Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs verildi Bu gün, 12:48 Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb Bu gün, 12:48 Keyt Firon: Səmərəli minatəmizləmə fəaliyyətinin əsasında milli məsuliyyət dayanır Bu gün, 12:48 Sabah 33 dərəcə isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Alkoqolun xərçəngə səbəb olması ilə bağlı YENİ ARAŞDIRMA Bu gün, 12:48 Nepalda torpaq sürüşməsində ölənlərin sayı 1 252-yə çatıb Bu gün, 11:48 Putin biznes üçün bürokratik maneələrin aradan qaldırılmasını tələb edib Bu gün, 11:48 Kuyundziç: Aİ Azərbaycanın minatəmizləməyə dair yanaşmasını dəstəkləyir Bu gün, 11:48 Şarja-Bakı reysi ilə gələn sərnişinlərdən 654,9 karat brilyant qaş aşkarlanıb Bu gün, 11:48 Kreditinizi Birbank-a gətirin 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin Bu gün, 11:48 Ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib Bu gün, 11:48 Elçin Əmirbəyov: "Ərazimizin 13 faizindən çoxu minalar və partlamamış hərbi sursatlarla çirklənib" Bu gün, 11:48 İlham Əliyev San Marinonun Regent Kapitanlarını təbrik edib Bu gün, 11:48 Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə "Yol xəritəsi" imzalanıb Bu gün, 11:48 Müəllimlərin NƏZƏRİNƏ - Təkrar sertifikasiyasının müsahibə mərhələsi başladı Bu gün, 11:48 İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib Bu gün, 11:48 MİDA-dan ev alacağını vəd edib tanışlarından 8 min manat alan şəxs cəzalandırılıb Bu gün, 11:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb Bu gün, 11:48 Elçin Əmirbəyov: "Mina təhlükəsi ilə mübarizə sülhün davamlılığına qoyulan sərmayə kimi qəbul edilməlidir" Bu gün, 11:48 Çində 4,4 maqnitudalı zəlzələ olub Bu gün, 10:48 3 yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq əməliyyatla bərpa edilib Bu gün, 10:48 Bakıda yük maşını işıq dirəyinə çırpılıb Bu gün, 10:48 Beyləqanda 55 yaşlı kişinin meyiti həyətində tapıldı Bu gün, 10:48 FHN SOCAR obyektində yanğın-taktiki təlim keçirib Bu gün, 10:48 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü başlayıb Bu gün, 10:48 Yol polisi "Diqqət, uşaqlar!" devizi altında təhlükəsizlik aylığı keçirəcək Bu gün, 10:48 Bakıda məktəblər dezinfeksiya edilir Bu gün, 10:48 UEFA "Fənərbağça" və iki futbolçu ilə bağlı araşdırmaya başlayıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR