25-08-2022, 20:00 765

İrandan Azərbaycana xainlik, Ermənistana dostluq - “İslam qardaşlığı” budur? - ŞƏRH

Azərbaycan 1918-ci ildə müstəqil olduqdan və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən indiyədək qonşularla daim sülh və əməkdaşlıq şəraitində yaşamağa çalışıb.

Təəssüf ki, həm cümhuriyyət dövründə, həm də müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana qarşı düşmən mövqedə olan qonşular olub və bu gün də var.

Bu iki qonşunun biri Ermənistandırsa, digəri İrandır.

Ermənistan Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edir. Hərçənd Ermənistan tarixi Azərbaycan torpaqları üzərindən qurulmuş bir dövlətdir və Azərbaycan torpaqlarını da 30 ilə yaxın işğal altında saxlayıb.

Təəssüf ki, rəsmi adında “İslam” sözü olan İran Ermənistanla birgə Azərbaycana qarşı düşmən mövqeyi göstərib və göstərməkdə davam edir.

Bu düşmən mövqeyi Azərbaycan torpağı işğal altında olduğu dövrdə də İranın Ermənistana yardımı ilə gördük. Habelə, Azərbaycan torpaqlarını işğaldan azad etdiyi 44 günlük müharibə zamanı da İran Ermənistana dəstəyi ilə əsl üzünü göstərmiş oldu.

Bu azmış kimi İran cəfəng fikirləri ilə Ermənistana təbliğati baxımdan da yardım edirdi. Həmin vaxtlar iddia edirdi ki, guya Azərbaycan torpaqlarında muzdlu əsgərlər, terrorçular döyüşür… Bunu İranın adi kütləvi informasiya vasitələri deyil, ölkənin ali rəhbərindən tutmuş, prezidentinə, xarici işlər nazirinə, səfirinə qədər hər kəs səsləndirirdi.

İranın Azərbaycana qarşı düşmənçilik mövqeyi günümüzə qədər davam edir. Ötən müddət ərzində Azərbaycan İrana xoşməramlığını dəfələrlə nümayiş etdirsə də, İran “xain xoflu” xislətindən əl çəkmir.

Region ölkələrinin bir-biri ilə, o cümlədən müxtəlif bəhanələrlə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırmasına mane olmağa çalışır. İran Türkiyə-Azərbaycan münasibətlərindən, əməkdaşlığın inkişaf etdirilməsindən qıcıqlanır, buna xaincə yanaşır.

Azərbaycana qarşı etdiyi bu kin-küdurətə baxmayaraq, ölkəmiz İrana daima xoş münasibət bəsləyib. Bu yaxınlarda Azərbaycan növbəti dəfə xoşməramlılıq göstərərək İranın hərbçilərini işğaldan azad etdiyi torpaqlarına səfərə aparmaqla sübut etdi ki, ölkəmiz qonşularına açıq və xoş münasibət bəsləyir. İran qapalı ərazilərinə Azərbaycan hərbçilərini buraxmaz, ancaq Azərbaycan bunun əksini etdi.

Bütün bunlar azmış kimi, İran Cənubi Azərbaycandakı soydaşlarımızın milli haqlarını addımbaşı tapdalayır. Hər kəs yaxşı bilir ki, indiki İranda mərkəzləşdirilmiş fars düşüncəli sistem hakimiyyətə Qacar səltənətini devirməklə gəldi. Pəhləvilər xarici qüvvələrin əli ilə hakimiyyətə gəldilər və türklərin – azərbaycanlıların hakimiyyətinə son qoyaraq fars şovinist düşüncəli sistemi hakimiyyətə gətirdilər. Bu gün də İslam pərdəsi altında həmin panfarsist şovinist düşüncəli ideologiyanın daşıyıcıları hakimiyyətdədir. Bu ideologiyanın adı İran mərkəzli fars düşüncə sistemidir. Məhz bu düşüncəyə görə Cənubi Azərbaycandakı 30 milyonluq azərbaycanlılar təzyiqlərə məruz qalaraq sıxışdırılır. Onların məktəblərdə ana dilində təhsil almasına imkan verilmir.

Bax, İranın azərbaycanlılara, Cənubi Azərbaycana, Azərbaycan Respublikasına münasibəti budur.

Paylaş

Xəbər lenti

İlham Əliyev: "Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam" Bu gün, 18:48 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad edib? - Rəsmi açıqlama Bu gün, 18:48 Leyla Əliyeva Vyetnam səfərindən paylaşım edib Bu gün, 18:48 Emin Mahmudovun fotosu Nyu-Yorkun mərkəzindəki məşhur ekranda yayımlanıb Bu gün, 18:48 Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb Bu gün, 18:48 Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif Bu gün, 18:48 Azərbaycan ilk dəfə oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcək Bu gün, 18:48 Bakıda yolu keçmək istəyən 62 yaşlı qadını maşın vurdu Bu gün, 18:48 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? Bu gün, 17:48 Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm" Bu gün, 17:48 Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır" Bu gün, 17:48 Bakıda istilik problemi: Magistral xətdə axıntı, binada ventil oğurluğu Bu gün, 17:48 Adil Kərimli hindistanlı həmkarı ilə mədəni əlaqələrin inkişaf perspektivini müzakirə edib Bu gün, 17:48 Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb Bu gün, 16:48 Bədavi Hüseynova görə millimizə texniki məğlubiyyət veriləcək? Bu gün, 16:48 Kirayənişin 2 il qaldığı evi BU HALA SALDI Bu gün, 16:48 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var Bu gün, 16:48 Azərbaycan Basketbol Liqası: Təxirə salınmış matçda "Sabah" qələbə qazanıb Bu gün, 16:48 Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq Bu gün, 16:48 Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib Bu gün, 16:48 Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı Bu gün, 16:48 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib Bu gün, 15:48 To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur Bu gün, 15:48 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" Bu gün, 15:48 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır Bu gün, 15:48 Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq Bu gün, 15:48 Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq Bu gün, 15:48 Oğuzun iki kəndini birləşdirən yol təmir olunacaq Bu gün, 15:48 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat etdi Bu gün, 15:48 "Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçiribv Bu gün, 15:48 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü Bu gün, 15:48 Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar Bu gün, 15:48 Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb Bu gün, 15:48 Masallıda ustanı elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 14:48 Ağız boşluğundakı törəmələr hansı xəstəliklərin əlaməti ola bilər? - Cərrah açıqlayır Bu gün, 14:48 Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib Bu gün, 14:48 Aygün Kazımova 20 il sonra bunu qızı ilə yenidən edəcək Bu gün, 14:48 Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı Bu gün, 14:48 Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış olub Bu gün, 14:48 Bu gün Tahir Abdullayevin döyüşü var Bu gün, 14:48 Vəkil Orxan Kəngərliyə qarşı əməliyyatın təfərrüatı və görüntüləri açıqlandı Bu gün, 13:48 Sabah 18° isti olacaq - Proqnoz Bu gün, 13:48 PAŞA Holding COP-da niyə iştirak edir? Bu gün, 13:48 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi Bu gün, 13:48 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu Bu gün, 13:48 Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı Bu gün, 13:48 İmaməddin Xəlilov: "Xəsarətim ciddi olmasaydı, yenidən qızıl medal qazanacaqdım" Bu gün, 13:48 Vyetnam Prezidenti: "Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR