
Səməd Vurğun küçəsindən keçən magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar 29 noyabr saat 22:00-dan 30 noyabr saat 08:00-a qədər Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Bu barədə "AVESTA.AZ"a Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.