30-11-2023, 23:21 680

Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında çıxış edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyindən “AVESTA.AZ”a verilən məlumata görə, nazir ilk növbədə ATƏT-in fəaliyyətdə olan sədri cənab Buyar Osmaniyə Nazirlər Şurasının iclasının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, habelə növbəti ildə Təşkilata sədrlik edəcək Maltanın xarici, Avropa işləri və ticarət naziri cənab Yan Borqa uğurlu sədrlik fəaliyyəti arzu edib.

Nazir qeyd edib ki, ATƏT Nazirlər Şurasının bugünkü iclası, çoxtərəfliliyin davam edən böhranı, habelə ümumi təhdidlərə və çağırışlara kollektiv cavab axtarışından yayınmanın artmasının fonunda baş tutur:

“Məhz buna görə də bütün hallarda, bütün iştirakçı dövlətlər tərəfindən ikili standartlara yol vermədən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət edilməsinə qeyd-şərtsiz riayət olunmasının təmini yüksək əhəmiyyət kəsb edir.

Bu il Azərbaycanın öz ərazilərində suverenliyini tam şəkildə bərpa etməsi ilə yadda qaldı. 24 saat davam edən lokal anti-terror tədbirləri nəticəsində Ermənistan və onun qeyri-qanuni qondarma strukturu tərksilah edilərək buraxılıb və Azərbaycan ərazilərindən tamamilə çıxarılıb.

Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması ilə bağlı şifahi bəyanatlarına baxmayaraq, bu ölkənin öhdəliklərini açıq-aşkar pozaraq, Azərbaycan ərazilərində ağır və hücum tipli silahlarla təchiz edilmiş on minlik silahlı şəxsi heyəti saxlamaqda davam etməklə, əslində revanş üçün vaxt udmağa çalışdığı aydın oldu.

Heç bir suveren dövlət, o cümlədən Azərbaycan da öz ərazilərində bu cür qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi.

Bu vəziyyətə son qoyulması isə Ermənistanın açıq etinasızlığı, habelə prosesin bir parçası olan vasitəçilərin adekvat addımlar atmaması səbəbindən sülh yolu ilə baş tutmadı. Bağlı qapılar arxasında Azərbaycanın narahatlıqlarının qəbul edilməsinə baxmayaraq, ictimai bəyanatlarda selektiv yanaşmaya üstünlük verildi. Bu da öz növbəsində, Ermənistanın yeni “təmas xətti” qurmaq, ərazilərimizdə yeni səngərlər qazmaq və minalar basdırmaq, qarayaxma kampaniyası vasitəsilə Azərbaycanı şantaj etməklə danışıqların imitasiyası strategiyasını davam etdirə biləcəyi illüziyasına qapılmasına gətirib çıxardı”.

ATƏT mexanizmlərinin hələ də “uyğun olduğu”na dair istinadlar isə reallığı əks etdirmir: “ATƏT Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasının həvələ olunduğu yeganə təşkilat idi. Buna baxmayaraq, Təşkilat illərdir davam edən Ermənistanın genişmiqyaslı qeyri-qanuni fəaliyyətinin qarşısının alınmasında effektiv ola bilməyib. Əksinə, legitim çağırışlarımıza məhəl qoymamaq və işğala əsaslanan status-kvoya göz yummaq təcrübəsi Ermənistanı daha da cəsarətləndirdi.

ATƏT-in münaqişənin həllinin bir parçası olmaq şansı var idi. Əfsuslar olsun ki, bu şans Ermənistan tərəfindən törədilən maneələr və bir sıra iştirakçı dövlətlərin ona havadarlıq etməsi nəticəsində əldən verildi. Təşkilatda, Azərbaycanın post-münaqişə dövründə reabilitasiya məsələləri üzrə mövcud öhdəliklərinə müvafiq dəstək layihələri ilə bağlı müraciətinin cavablandırılmasına maneələr törədildiyini nəzərə aldıqda, bu təcrübə bugünədək davam edir”.

“Humanitar məsələlər” ilə bağlı ifadə edilən narahatlıqlar da əsassızdır: “Beynəlxalq təşkilatlar, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən yerində aparılan müşahidələr də narahatlıqların əsassızlığını tam təsdiqləyib.

Ümumilikdə götürdükdə, Azərbaycan anti-terror tədbirlərində nümunəvi davranış nümayiş etdirib. Heç bir erməni sakin bölgəni tərk etməyə məcbur edilməyib. Əksinə, Azərbaycan yerli erməni sakinlərə bərabərhüquqlu Azərbaycan vətəndaşları kimi qalmaq və reinteqrasiya istiqamətində ardıcıl çağırışlar edib. Azərbaycan hökuməti müstəsna olaraq Azərbaycanın daxili məsələsi olan ölkə vətəndaşlığı əsasında yerli sakinlərin gələcək reinteqrasiyası üçün hərtərəfli plan elan etmək də daxil olmaqla, onların humanitar və sosial-iqtisadi ehtiyaclarının ödənməsi üçün ardıcıl səylər göstərib”.

Nazir vurğulayıb ki, Azərbaycanın bu yanaşması Ermənistanın ərazilərindən zorla qovduğu yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarının bərpasından davamlı şəkildə imtina etməsi ilə tamamilə ziddiyyət təşkil edir:

“Dağıntılara və sağalmamış yaralara baxmayaraq, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və onlara hörmət edilməsi əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin təşəbbüskarı məhz Azərbaycan olub. Təəssüf ki, Azərbaycanın birmənalı olaraq sülh prosesinə sadiqliyinə baxmayaraq, proses yersiz ləngimələrdən əziyyət çəkir. Sülh sazişinin layihəsinə nəhayət ki öz şərhlərini təqdim etmək üçün Ermənistana iki ay yarımdan çox vaxt lazım oldu. Eyni səbəbdən, bir sıra üçüncü tərəflərin qərəzli və birtərəfli hərəkətləri də prosesə ciddi şəkildə təsir edir.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan sülh sazişinin yekunlaşdırılması üçün birbaşa danışıqların ən qısa zamanda bərpasına sadiqdir. Biz açıq şəkildə Ermənistana dövlət sərhədində, yaxud qərəzsiz və neytral üçüncü bir ölkədə görüşməyi təklif etmişik.

Biz, Azərbaycan və Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və iki suveren dövlət kimi sülh şəraitində birgə yaşamaq üçün tarixi imkanın mövcudluğuna qəti şəkildə inanırıq. Bu imkandan istifadə etməyin vaxtıdır.

Bunun üçün Ermənistan sülhə gedən yolun qonşuları ilə ikitərəfli dialoqdan və normal münasibətlərdən keçdiyini başa düşməlidir. Digər aktorlar tərəfindən yalnız qarşıdurmaya və sülhün ləngidilməsinə xidmət edən geosiyasi oyunların davam etdirilməsi qeyri-məhsuldardır”.

Beynəlxalq ictimaiyyətin üzərinə həmçinin ATƏT çərçivəsində də təxribat xarakterli addımlardan və gərginliyi artırmaqdan çəkinməklə bağlı məsuliyyət düşür: “Nitqimi yekunlaşdırmadan öncə, ATƏT çərçivəsində funksionallıq və səmərəlilik ilə bağlı mövcud çağırışların öhədsindən gəlmək istiqamətində Azərbaycanın Təşkilatla konstruktiv əməkdaşlığa hazır olduğunu bir daha vurğulamaq istərdim”.

Paylaş

Xəbər lenti

Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR