10-12-2023, 22:09 544

Peru Konqresinin Sədri: “Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıyıq”

Peru Azərbaycanla siyasi, ticarət-iqtisadi, investisiya, o cümlədən enerji, neft-kimya və kənd təsərrüfatı, turizm, elm və təhsil sahələrində əməkdaşlığının inkişafında maraqlıdır.

Azərbaycanın Perudakı Səfirliyindən “Report”a verilən məlumata görə, bunu Peru Konqresinin Sədri Alexandro Soto Reyes ölkəmizin Limadakı səfiri Məmməd Talıbovla görüşündə deyib.

Səfirin Konqresin sədri Alexandro Soto Reyes və Beynəlxalq Əlaqələr Komissiyasının sədri Alexandro Aguinaqa ilə görüşləri zamanı ölkələrimiz arasındakı parlamentlərarası əməkdaşlıq əlaqələrinin uğurlu inkişafı, ticarət-iqtisadi, turizm, mədəni-humanitar, təhsil və digər sahələrdəki münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Səfir Azərbaycan və Peru arasında iqtisadi, siyasi və sosial sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib. Diplomat regionda həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrinin geosiyasi proseslərə müsbət təsiri barədə məlumat verib.

Bu il xalqımız tərəfindən yüz illiyi təntənəli şəkildə qeyd edilən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təşəkkül tapmış irimiqyaslı beynəlxalq layihələr sayəsində hazırda Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və enerji qovşağına çevrildiyini qeyd edən M.Talıbov carı ilin may ayında Ulu Öndərin 100 illik yubileyi münasibətilə Peru Konqresində təşkil olunmuş tədbiri də böyük məmnunluqla xatırlayıb.

Səfir, erməni işğalı və onun nəticələri, Azərbaycan ərazilərində həyata keçirilmiş etnik təmizləmə və vandalizm, 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki zəfər nəticəsində bu işğala son qoyulması, tarixi ədalətin bərpa olunması, müharibədən sonra regionda yaranmış yeni reallıqlar, həmçinin gündəlikdə duran sülh prosesinin gedişatı barədə danışıb.

Görüş zamanı diplomat Peru hökumətinə keçmiş Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə görə bir daha təşəkkürünü bildirib.

Görüş əsnasında, Perunun Azərbaycanda səfirliyinin fəaliyyətinin bərpası məsələsi və bu amilin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərin yaradılmasına əlavə təkan verəcəyi qeyd edilib.

Konqresin sədri A.Soto Reyes ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirərək, Peru və Azərbaycan arasında, əsasən siyasi, ticarət-iqtisadi, investisiya, o cümlədən enerji, neft-kimya və kənd təsərrüfatı, turizm, elm və təhsil sahələrində əməkdaşlığının inkişafında maraqlı olduqlarını vurğulayıb. Konqresin Sədri hər iki ölkənin parlament nümayəndələri arasında qarşılıqlı səfərlərinin intensivləşdirilməsi, müxtəlif sahələrdə gələcək əməkdaşlıq perspektivlərinə dair mütəmadi fikir mübadiləsinin ölkələrimiz arasındakı münasibətləri yeni səviyyəyə qaldıracağına inandığını söyləyib.

Səfər çərçivəsində səfirin Beynəlxalq Əlaqələr Komissiyasının sədri A.Aguinaqa ilə görüşü zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri, o cümlədən parlamentlər səviyyəsində fəal əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və müasir dövrdə dövlətlərarası əlaqələr və beynəlxalq platformalarda parlament diplomatiyasının artan rolu barədə fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR