11-12-2023, 16:43 437

Əsir mübadiləsi Ermənistan siyasətini parçaladı - ŞƏRH

Artıq bir neçə gündür dünya mediasının gündəmini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikasının Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində əsir düşən hərbçilərin azad edilməsi barədə razılığın əldə edilməsi tutub.

Dünyanın bir çox dövlət rəsmisi, beynəlxalq təşkilatlar, Roma Katolik Kilsəsi də daxil olmaqla bir sıra mərkəzlər iki dövlətin humanizm prinsipini əsas tutaraq atdıqları addımı alqışlayıb. Təbii ki, 32 erməni əsirin Azərbaycan tərəfindən azad edilməsi Ermənistanda da birmənalı qarşılanmayıb. Hakim partiya heç bir vasitəçi olmadan baş tutan və müsbət sonluqla nəticələnən danışıqlardan məmnunluğunu ifadə edərək sülh müqaviləsinin tezliklə imzalanacağına işarə edir. Hətta sərsəm və məntiqsiz bəyanatları ilə tanınan Ermənistan XİN başçısı Ararat Mirzoyan bu dəfə vədinə xilaf çıxaraq Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün səfərdə olduğu Brüsseldə Cənubi Qafqazda sülhə və Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinə verdiyi dəstəyə görə quruma təşəkkür edib.

Bu gün isə Ermənistan parlamentinin Maliyyə, kredit və büdcə məsələləri üzrə komissiyasının rəhbəri, hakim partiyanın üzvü, deputat Gevorq Papoyan açıqlama verərək bildirib ki, heç bir revanşizmdən söhbət belə gedə bilməz və qisas haqqında düşünən xalq sülh müqaviləsi imzalamır. Onun fikrincə, qisas Ermənistanı məhvə aparan birbaşa yol deməkdir.

Erməni deputat əslində hökumətin bir müddətdir səsləndirməkdən çəkindiyi fikri bəyan edib. Paşinyan komandasının sadiq üzvü sayılan Papoyanın bu fikri məhz bu anda səsləndirməsi də təsadüfi deyil. Rəsmi İrəvan Rusiya ilə münasibətləri bacardığı qədər korlayıb. Ümid etdiyi Avropa isə sadəcə bəyanatlarla kifayətlənir. Əsas ümid yeri olan Fransa da lazımsız hərbi maşınları göndərir. Bundan əlavə, Yelisey sarayının söz verdiyi hava hücumundan müdafiə sistemi məsələsi də suya düşüb. Çünki KTMT-nin iclasında qəbul edilən qərara əsasən, Alyansa üzv ölkələrin HHM-i vahid sistem üzərində işləyəcək. Bu isə o deməkdir ki, təşkilata üzv ölkələr hava məkanlarını qorumaq üçün sadəcə Rusiyanın təklif etdiyi sistemləri almaq məcburiyyətində qalacaqlar. Yəni Fransanın söz verdiyi hava hücumundan müdafiə sistemləri heç bir işə yaramayacaq, qısacası, Kreml buna qəti surətdə icazə verməyəcək.

Amma Qərbin İrəvanı yarı yolda qoyması bununla da bitmir. Bir tərəfdən Fransa dövlətinin başçısı Emmanuel Makron Ermənistanı Roma Statusuna qoşulduğu üçün tərifləyir, digər tərəfdən isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirir ki, çətin vəziyyətdə olan hay ölkəsinə daha çox dəstək lazımdır. Aİ-nin xarici siyasət üzrə sözçüsü Peter Stano isə açıqlama verərək yuxarıda adı sadalanan şəxslərin bəyanatlarının boş söz yığını olduğunu sübuta yetirib. O qeyd edib ki, Aİ Ermənistanla birgə hərbi təlimlər keçirmək imkanını nəzərdən keçirmir. Aİ hərbi ittifaq deyil. Elə bu açıqlama ilə də rəsmi İrəvanın Aİ-ni hərbi müttəfiq, strateji müttəfiq kimi nəzərdə tutması, gözündə şişirtməsi açıq-aşkar fiaskoya uğrayıb. Aİ heç bir halda Ermənistana hərbi cəhətdən ciddi dəstək verməyəcək.

Məhz bu səbəblərə görə də Ermənistanın hakim partiyası artıq anlayır ki, sülh müqaviləsini imzalamaq və revanşizmdən uzaq durmaq hazırkı vəziyyətdə ən optimal yoldur. Azərbaycanla münasibətlərin normallaşması Cənubi Qafqazda inteqrasiya, iqtisadi əlaqələrin inkişafı deməkdir. Deməli, Ermənistanın inkişafı, iqtisadi cəhətdən güclənməsi birbaşa olaraq rəsmi Bakı ilə imzalanacaq sülh müqaviləsindən asılıdır. Gec də olsa, erməni siyasi elitası bu reallığı qəbul edib.

Amma nəzərə almaq lazımdır ki, Ermənistanda revanşistləri qızışdıracaq xarici qüvvə və faktorlar kifayət qədər olacaq. Bu səbəbdən də Azərbaycan hökumətinin atılan hər addımı, verilən hər bəyanatı, səsləndirilən hər açıqlamanı detalına qədər incələməsi başadüşüləndir. Revanşist qüvvələri qızışdırmaq istəyən xarici faktorlar üçün də ən böyük kart hazırda Qarabağ erməniləri, daha doğrusu, separatçı rejimin tör-töküntüləridir. Hər nə qədər də Paşinyan hökuməti qondarma qurumun tullantılarına qol-qanad açmağa imkan verməsə də, məlum olub ki, separatçı deputatlar yığışaraq “məclis sessiyası” keçiriblər. Bu isə hakim partiyada ciddi narazılığa səbəb olub. İş o yerə çatıb ki, Gevorq Papoyan hiddətlənərək “Onlar Qarabağı məhv etdilər, indi də Ermənistana növbə çatıb? Artıq bəsdir” bəyanatını səsləndirib.

Erməni deputatın qəzəbini və qəzəbindən də daha çox təlaşını başa düşmək olar. Rəsmi Bakının separatçı rejimə qarşı münasibəti göz önündədir. Əgər Ermənistan hökuməti onlara qol-qanad açmağa, sərsəmliklərini davam etdirməyə şərait yaratsa, bu, Azərbaycan hökumətinin qəzəbinə səbəb olacaq. Bunu isə İrəvanda gözəl dərk edirlər. Dərk edirlər ki, belə halların təkrarlanması Ermənistanı separatizmi dəstəkləyən dövlət libasına bürüyə bilər. Prezident İlham Əliyevin isə separatizmə və onu dəstəkləyənlərə münasibəti artıq hamıya məlumdur. Hər halda hər yerdən getdikcə ümidi üzülən, yeganə ümid yeri Azərbaycan və Türkiyə olan Nikol Paşinyan hökuməti belə bir səhvə yol verməz. Papoyanın sərt açıqlamasını isə bu məsələlərlə hakim partiyanın heç bir əlaqəsi olmadığını bəyan etmək kimi də qəbul etmək olar.

Bununla yanaşı, iki dövlət arasında heç bir vasitəçi olmadan keçirilən və müsbət nəticə əldə edilən danışıq erməni müxalifətinin yuxusuna haram qatıb. Müxalifət gözəl anlayır ki, hakimiyyətə yiyələnmək, Paşinyanı devirmək üçün son kart da əldən çıxmaq üzrədir. Şübhəsiz ki, 32 əsirin Ermənistana qaytarılacağı xəbəri erməni cəmiyyətinə müsbət təsir edib. Müxalifətin yuxarı eşalonu isə aldıqları komanda üzrə vəziyyəti gərginləşdirmək üçün hərəkətə keçib. Ermənistanın keçmiş ombudsmanı, əslən Bakı ermənisi olan Larisa Alaverdyan əsir mübadiləsini tənqid edib. Bu sıraya “Ermənistanın səsi” nəşri də qoşulub. Əsirlərin mübadiləsini tənqid edən media qurumu separatçı rejimin Bakıda həbsdə olan üzvlərini xatırladıb. Bununla Qarabağ ermənilərini hərəkətə keçirmək, hakimiyyətə qarşı qızışdırma planı açıq-aşkar görünür. Təsadüfi deyil ki, eyni məqsədə xidmət etmək üçün separatçı rejimin “deputat”ları da bəyanat verərək Qarabağ ermənilərini Azərbaycana qayıtmamağa səsləyiblər.

Ümumiyyətlə, əsir mübadiləsindən sonra Eduard Şarmazanov, Nare Simonyan, Armen Badalyan, Stepan Danielyan,Tiqran Abramyan kimi müxalifətçilər yenidən meydan sulamağa başlayıblar. Hazırda onların yeganə məqsədi imzalanacaq sülh müqaviləsini sabotaj etmək, bu məqsəd üçün də Qarabağ erməniləri kartından istifadə etməkdir. Paşinyan hökuməti isə baş verənləri görür və deputatları vasitəsilə müxtəlif kanallara ismarıclarını göndərir.

Kamil Məmmədov

Paylaş

Xəbər lenti

Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR