27-08-2022, 08:00 479

KİV: Azərbaycan ilk növbədə Qazaxıstan üçün strateji əhəmiyyətli tərəfdaşdır

Azərbaycan, ilk növbədə, Qazaxıstan üçün strateji əhəmiyyətli tərəfdaşdır.

“Report” xəbər verir ki, bu, Qazaxıstanın “Reqistr TV” televiziyasının saytında yer alıb.

Qeyd edilir ki, Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı fəaliyyəti gücləndirmək baxımından 2005-ci ildə Bakıda imzalanmış Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqaviləni ikitərəfli əlaqələrin inkişaf istiqamətlərini müəyyən edən əlamətdar, mühüm sənəd hesab etmək olar.

Bu gün - avqustun 27-də Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə hazırlanan analitik materialda iki ölkənin diplomatik münasibətlərin qurulmasının ildönümü ərəfəsində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Bakıya səfəri xüsusi olaraq vurğulanıb. Qeyd edilir ki, Tokayevin Bakıya bir neçə gün əvvəlki səfəri zamanı Qazaxıstanla Azərbaycan arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsi haqqında Bəyannamə imzalanıb:

“Ümumiyyətlə, bu gün Qazaxıstan və Azərbaycan dövlətlərarası müqavilələr hökumətlərarası sazişlər də daxil olmaqla, müxtəlif xarakterli 90-a yaxın sənədi özündə əks etdirən geniş müqavilə-hüquqi bazaya malikdir. İki ölkə regional və beynəlxalq əlaqələr çərçivəsində BMT, ATƏT, İƏT, TÜRKSOY kimi təşkilatlarda uğurla qarşılıqlı fəaliyyət göstərir.

Əsrin üçdə birinə yaxın müddətdə hər iki dövlət siyasi, iqtisadi, mədəni-humanitar inkişafda böyük yol keçib, mühüm nəticələr əldə edib, ən əsası isə fundamental məsələlərdə ümumi dil tapıb: məsələn, bu gün Qazaxıstan üçün loqistika marşrutlarının şaxələndirilməsi üçün strateji istiqamət adlandırıla bilən enerji resurslarının nəqli üçün dəhlizlərin qurulmasında. Bakı-Tbilisi-Ceyhan yolu ölkəmizə ildə 1,5 milyon barel Qazaxıstan neftinin dünya bazarına çıxarılmasını vəd edir. Odur ki, Çindən Avropaya ixrac yük axınlarının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun istiqamətləndirilməsi ilə əlaqədar tranzit və nəqliyyat əməkdaşlığının genişləndirilməsi istiqamətində müəyyən inkişaf çox vacib hesab olunur”.

Qeyd olunur ki, bu istiqamətdə təkcə Qazaxıstan, Azərbaycan və regionumuzun digər ölkələri deyil, Çin və Avropa İttifaqı da maraqlıdır: “Yaranan təşkilati-texniki məsələlərin vaxtında həlli iki dövlətə bu istiqamətdə sürətlə irəliləyişə imkan verir. Mart ayında Qazaxıstan nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri baş tutub, aprelin sonunda isə artıq nazirlik rəhbərləri səviyyəsində və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu nümayəndələrinin iştirakı ilə danışıqlar aparılıb”.

İyulun sonunda rəsmi Bakının təşəbbüsü ilə Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirlərinin və nəqliyyat sektoru üzrə məsul şəxslərin üçtərəfli görüşü keçirilib: “Görüşdə tərəflər Asiya-Avropa marşrutu üzrə ticarət əlaqələrinin inkişafı və nəqliyyat marşrutlarının şaxələndirilməsi üçün Azərbaycan-Türkiyə-Qazaxıstan dəhlizinin bölməsində yükdaşımaların həcminin artırılmasının vacibliyini vurğulayıblar. Beləliklə, bu dəhliz çərçivəsində tranzit və nəqliyyat və logistika sahəsində əməkdaşlıq qarşılıqlı faydalı ikitərəfli tərəfdaşlığın əsas hərəkətverici amillərindən biri olaraq qalır”.

“Azərbaycan ilk növbədə Qazaxıstan üçün strateji əhəmiyyətli tərəfdaş və qonşu ölkədir. Üstəlik, əgər qonşuluqdan danışırıqsa, bu halda Xəzər ölkələrimiz üçün ayırıcı xətt deyil, birləşdirici körpüdür. Bizim həm iqtisadi, həm də təhlükəsizlik məsələlərində siyasi olmaqla oxşar gündəmlərimiz var. Ortaq maraqlarımız var, xüsusən də iqtisadiyyatımızda islahatların aparılması üçün biz eyni məqsədləri qarşımıza qoyuruq”, - Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktor müavini Sanat Kuşkumbayev bildirib: “Bu gün biz ölkələrimiz arasında nəqliyyat arteriyalarının inkişafından danışırıq. Xəzər bu halda birləşdirici körpü rolunu oynayır”.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR