
Ağstafa şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, "Mercedes" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində, 1998-ci il təvəllüdlü İslam Məmmədzadə və 1979-cu il təvəllüdlü Tariyel İsgəndərov müxtəlif bədən xəsarətləri alıblar.
Hər ikisi xəstəxanaya yerləşdirilib.
Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.