13-12-2023, 02:13 469

ABŞ kəşfiyyatı: Müharibədə Rusiyanın ölü və ya yaralı itkilərinin sayı 315 mindir

Rusiyanın Ukrayna ilə müharibədəki itkiləri 315 min hərbçidir (ölü və ya yaralı) ki, bu da genişmiqyaslı hərbi müdaxilənin başlanğıcında Rusiya Müdafiə Nazirliyinin sərəncamındakı şəxsi heyətin 87 faizi deməkdir.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Reuters” və CNN ABŞ kəşfiyyatının məxfliyi götürülmüş məruzəyə istinadən bildiriblər.

Nəşrin kəşfiyyat verilənləri ilə tanış mənbələri iddia ediblər ki, Kremlin şəxsi heyət və zirehli texnika itkiləri Rusiyanın hərbi modernləşdirilməsini 18 il geriyə atıb.

Amerika kəşfiyyatının verilənlərinə əsasən, Rusiya Müdafiə Nazirliyi 2022-ci ilin fevralında hərbi müdaxiləyə 360 min hərbi qulluqçu ilə başlayıb. Rusiya ordusunun sərəncamında 3 500 tank olub ki, onların 2 200-ü sıradan çıxıb. Bundan başqa, məruzəyə görə, 13 600 piyada döyüş maşını və zirehli personal daşıyıcısından 4 400-ü sıradan çıxıb ki, bu da ümumi sayın 32 %-i təşkil edir.

Eyni zamanda, dekabrın 12-də ABŞ Milli Təhlükəsizlik Şurası kəşfiyyat məlumatlarına istinadla bildirib ki, Rusiya ordusu 2023-cü ilin oktyabr-noyabr aylarında cəbhənin ən qaynar nöqtəsi olan Avdiivkaya hücum zamanı 13 min hərbçini və 220-dən çox zirehli texnikasını itirib.

Bununla belə, rusdilli “Meduza” internet-nəşri sözügedən xəbərlərdə konkretsizliyə diqqət çəkib. Nəşr qeyd edib ki, bu kontekstdə “yaralı”nın nə demək olduğu bilinmir:

“Onlar tərxis olunublarmı və ya xidmətə qayıdıblarmı? Yalnız həlak olanları və zədə səbəbindən tərxis olunanları (yəni ağır yaralananları) nəzərə alsaq, 315 min itki sayı şişirdilmiş görsənir. Yüngül yaralılar da nəzərə alınırsa, onların əhəmiyyətli bir hissəsinin cəbhəyə qayıtdığını xatırlamalıyıq”.

Eyni zamanda, “Meduza” “Reuters”in dərc etdiyi mətndə qeyri-dəqiqliyin olduğunu vurğulayıb:

“Orada deyilir ki, Rusiya müharibəyə 360 min hərbçi ilə başlayıb. Bununla belə, 2022-ci ilin fevralına olan məlumata görə, Ukraynadakı döyüşlərdə 360 mindən az hərbi qulluqçu iştirak edib, ümumilikdə isə Rusiya ordusunda onların sayı daha çoxdur. Genişmiqyaslı hərbi müdaxilə ərəfəsində KİV Amerika kəşfiyyatına istinadən Rusiyanın 190 min hərbçini müharibəyə cəlb edəcəyini yazmışdı.

Həmçinin 2023-cü ilin fevralında Amerika kəşfiyyatındakı sızma sayəsində bölgədə məhv edilmiş Rusiya tanklarının sayının 2 048 ədəd olduğu məlum olub. İndi, demək olar ki, bir il sonra, bu göstərici cəmi 2 200-dür. Üstəlik, açıq mənbələr üzərindən itkilərin hesablamalarını aparan “Oryx” layihəsinin rəqəmləri daha böyükdür – 2 548”.

Paylaş

Xəbər lenti

Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR