
Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə 20 Yanvar abidəsinin yaxınlığında qeydə alınıb.
Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Q.Fərmanlı mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.
O, xəstəxanaya çatdırılıb.
Hadisəyə iki sürücü arasında yol üstdə düşən mübahisə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.