19-12-2023, 14:41 430

Paşinyanın təməlsiz üç prinsipi - rəsmi İrəvanın səfirlərə “əriştə qonaqlığı

Ermənistanın baş naziri Nikol Paşinyan yenə özünü sülhsevər kimi təqdim etməyə çalışıb. O, Yeni il qabağı səfirlərlə görüşdə Azərbaycana qarşı ənənəvi çıxışını edib. Paşinyan Qarabağdan ermənilərin könüllü köçünü “etnik təmizləmə” adlandırıb.

Baş nazir sülhün Ermənistan hökuməti üçün prioritet olduğunu deməklə rəsmi İrəvanı sülhsevər kimi göstərib. Bunun ardınca qeyri-müəyyən - yalnız erməni tərəfin qəbul etdiyi üç prinsipdən danışıb. Paşinyan, həmçinin Azərbaycanın daxili işlərinə də müdaxilə etməyə səy göstərib. O, Azərbaycanda fevralın 7-də keçirilməsi planlaşdırılan növbədənkənar Prezident seçkilərinə üstüörtülü toxunaraq deyib: “Ümid edirik ki, regionda və region ölkələrində baş verən son hadisələr nəticədə sülh prosesinin qəsdən ləngidiyini göstərməyəcək”.

Paşinyan çıxışında təhrif və yalanlara yer verərək Qarabağı könüllü tərk edən ermənilərə təzyiqlər göstərildiyini iddia edib.

Əvvəla, onu deyək ki, Azərbaycanın erməni sakinləri Qarabağı öz müstəqil istəkləri ilə tərk ediblər. Çünki köç edənlərə qarşı zorakılıq və başqa təzyiqlərin edilməsinə dair heç bir fakt mövcud deyil. Onlar özləri ilə məişət və şəxsi əşyalarını, sənədlərini, bank kitabçalarını, hətta, ayaqyolunda istifadə etdikləri unitazı belə aparıblar. Hətta bəziləri evlərin döşəmələrini, dam örtüklərini də söküblər.

Nikol Paşinyan 35 il əvvəl Ermənistanda azərbaycanlılara qarşı törədilən etnik təmizləməni ört-basdır edir. Bununla da sülh təklifi ilə bağlı Azərbaycanın irəli sürdüyü başlıca maddələrdən birini cavabsız qoyur.

35 il əvvəl Qərbi azərbaycanlılar Ermənistan ərazisindən silah gücünə, zorakılıqla qovulub. Onların çoxuna şəxsi sənədlərini götürməyə belə imkan verilməyib. Bu cinayəti ermənilər, sovet ordusu sıralarında xidmət edən hərbçi və əsgərlər, o cümlədn erməni etnik qrupunun nümayəndələri törədib. Rəsmi Bakı ədalət naminə 300 minə yaxın (1988-ci ildə qovulanların sayı bu qədər olub, hazırda onların sayı milyonu keçib) Qərbi azərbaycanlının pozulan hüquqlarının bərpasını istəyir.

Bu baxımdan, Paşinyan səfirlərin qulağına “əriştə asmağa" cəhd göstərib. Çünki Azərbaycan Qərbi azərbaycanlılarla bağlı məsələni daim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Ermənistanın baş nazirinin başqa bir iddiası yalnız erməni tərəfin qəbul etdiyi üç prinsiplə bağlıdır. Həmin prinsiplər bunlardır: qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Almatı bəyannaməsi əsasında sərhədlərin delimitasiyası (Paşinayn Azərbaycana ərazisinin neçə kv/km olduğunu deyir-red.), regional kommunikasiyaların qarşılıqlı şəkildə açılması.

Qeyd edək ki, tərəflər bir-birinin ərazi bütövlüyünü, müstəqilliyini tanıyır. Bu baxımdan, Paşinyan yeni bir ideya irəli sürməyib. Rəsmi İrəvanın, onun havadarı və vasitəçilik iddiasında olanların irəli sürdükləri Almatı bəyannaməsinə gəldikdə isə onun Azərbaycan üçün heç bir hüquqi əsası yoxdur. Bu sənəd 1991-ci il dekabrın 21-də imzalanıb. Azərbaycan Respublikası adından ona ovaxtkı prezident Ayaz Mütəllibov təsdiqləyib. Əvvəla, qeyd edək ki, Azərbaycanın müstəqilliyi məsələsi 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda müzakirəyə çıxarılıb. Həmin gün və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Bu, o deməkdir ki, dekabrın 29-dək rəsmi Bakının müstəqil dövlət adından imzaladığı bütün bu sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Bundan başqa, bu bəyannamə Milli Məclisdə təsdiqlənməyib. Odur ki, Paşinyanın və komandasının iddia etdiyi Almatı bəyannamsi Azərbaycan üçün keçərli sayılmır.

Sərhədlərin müəyyənləşməsi məsələsinə gədlikdə isə 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin (indiki Milli Məclis) növbədənkənar sessiyasında 4 gün müzakirələr aparılıb. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Bu sənəddə göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Bu da o deməkdir ki, Ermənistan Azərbaycan Respublikasının ərazi bütövlüyünü o dövrə uyğun tanıması məqbuldur. Ona görə də Nikol Paşinyanın Azərbaycana “verdiyi torpaq sahəsi” çox gülüncdür. Rəsmi Bakı ərazi məsələsinə dair tarixi faktlarla çıxış etsə, o zaman Ermənistanda ermənistanlıq belə qalmaz.

Kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsinə gəldikdə isə bu, daha çox Ermənistan üçün faydalıdır. Çünki Ermənistan Rusiyanın təsir və nüfuzundan qaçmağa çalışır, bunu artıq gizlədə bilmir. Paşinyanın ölkəsi üçün həyati vacib yollar isə Azərbaycan və Türkiyə ərazilərindən keçir. Bu, gələcəkdə Ermənistanın böyük regional iqtisadi və nəqliyyat layihələrində iştirakına da şərait yarada bilər. Odur ki, Nikol Paşiyanın bu prinsiplə Azərbaycana minnət qoya bilməsi mümkünsüzdür.

Sülh prosesini, eləcə də sülh sazişinin imzalanmasını Ermənistan hökuməti ləngidir. Rəsmi Bakının təqdim etdiyi təkliflər paketinə İrəvanın aylarla cavab verməməsi də bunu təsdiqləyir. Nikol Paşinyan növbədənkənar Prezident seçkisini açıq dilə gətirməyib. Ancaq o, gələcək danışıqlarla bağlı istənilən ləngimə və manelərlə əlaqədar Azərbaycanı ittiham etmək üçün indidən bəhanələrini açıqlayır.

Ermənistan hökumətinin iddia və təkliflərinin əsası kimi təqdim etdiyi bu üç prinsip təməlsizdir. Odur ki, səfirlərə açıqlamalar daha çox rəsmi İrəvanın beynəlxalq ictimaiyyətə uzun illər müxtəlif mövzuda uydurduqlarının N.Paşinyanın ifasında təkrarıdır.

Paylaş

Xəbər lenti

"Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR