
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
"AVESTA.AZ" xəbər verir ki, günün ikinci matçında "Qəbələ" I Liqa klubu "İmişli" ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma Premyer Liqa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. "Qəbələ"nin heyətində 90+3-cü dəqiqədə Mehrac Baxşalı fərqlənib.
"Qırmızı-qaralar" 1/4 finalda "Araz-Naxçıvan"la görüşəcək. Azərbaycan Kubokunun 1/8 final mərhələsinin digər oyunları dekabrın 20-21-də keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.