19-12-2023, 22:16 600

Qərbi Azərbaycan Xronikası: Beş dinin adətlərini yaşadan Kürmük və Baba Hacını nə birləşdirir?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Baba Hacı məqbərəsi - millətlərarası harmoniya simvolu” adlı veriliş efirə gedib.

"AVESTA.AZ" xəbər verir ki, verilişdə qəribə inancın yaşadığı Qaxdakı “Kürmük Oba Bayramı” ilə Zəngəzurda olan Baba Hacı məqbərəsini (türbəsi) bağlayan adətlərdən söz açılıb.

Bildirilib ki, Qərbi Azərbaycanda bütövlükdə Qafqazın hər yerində olduğu kimi, türk izləri geniş yayılıb:

“Bu gün özünün Qafqazda tarixini qədim göstərmək üçün köçmə haylar Qıpçaq xristian tarixini, mədəni irsini öz adına çıxırlar. Ancaq gerçək birdir. Qərbi Azərbaycanda oğuzlar qıpçaqlarla bərabər yaşayıb və böyük irs yaradıblar. Bu gün erməni etnoqraf və tarixçiləri Meğridə olan və yerli əhalinin Babəkin, onun həyat yoldaşının və anasının məzarı olduğuna inandığı Baba Hacı məqbəsinin erməni baba və azərbaycanlı Hacının məzarı olduğu yalanını tirajlayırlar. Əsl gerçək isə Babəkə və onun Qıpçaq xristian qızı olan xanımına gedib çıxır”.

Verilişdə postsovet məkanı üzrə britaniyalı ekspert Maksim Edvards Baba Hacı məbədi haqqında yazdığı qeydlərə yer verilir. Onun yazdığına görə, ziyarətgahın yanında yaşayan azərbaycanlılar bu abidəni qoruyub, ermənilər isə vandallıq edib:

“Baba Hacının məqbərəsində bir vaxtlar yerli azərbaycanlılar qulluq edirdi, ziyarətçilərə yemək-çay təklif edilirdi. Bəzən Azərbaycandan molla gəlib namaz qıldırırdı. Palıd ağacı ilə əhatə olunmuş təpənin silsiləsində yerləşən, diametri, təxminən, altı metr və daxili kameranın hündürlüyü dörd metrdən bir qədər az olan konusvari formaya malik olan bu məqbərənin xarici divarları, daxili tərtibatı dağılıb. SSRİ dağılandan sonra ermənilər satmaq üçün hər şeyi oğurlayırdılar. Baba-Hacı da istisna deyildi. Qızıl üçün buranı qazdılar, amma heç nə tapmadılar”.

Sonda diqqətə çatdırılıb ki, özlərinə məxsus olmayan hər şeyi talayan, dağıdan ermənilər Baba Hacıya da qarşı vandalizm törədiblər:

“Sonradan ayılıb, xristian qıpçaq tarixinə yiyələnmək üçün nağıl uydurub, orada xaç basdırıb hiyləgərlik edirdilər. Eyni məsləkli və Qıpçaq türk mədəniyyətinin izini yaşadan Qax rayonu ərazisindəki Kürmük məbədində isə heç nə dağılmayıb, əksinə, Azərbaycan hökuməti buranı bərpa edib və iberləşmiş pravoslavların ayinləri üçün şərait yaradıb. Bu gün də “Kürmük Oba Bayramı”nda dinindən və dilindən asılı olmayaraq hər kəs sərbəst inancının yaddaşını qoruyur. Beləliklə, böyük mədəniyyət və irs yaradan türklər qonşu xalqlar kimi mənimsəmək, özünə məxsus olduğunu qabartmaq yox, bütün şüurlu insanların faydalanmasına açıq olublar. Amma xəbis qonşular böyük türk irsinə göz dikməklə yaşayırlar. Əminik ki, Qərbi azərbaycanlıların qayıdışı ilə Baba Hacının da sönmüş çırağı yenidən nur saçacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş

Xəbər lenti

Evlilikdən uzaq duran bürclər açıqlanıb Bu gün, 00:48 Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı Dünən, 23:48 Gəncədə qonşular arasında dava - Bıçaqlanan var Dünən, 23:48 Britaniyanın sabiq səfiri ilə bağlı araşdırma başlanıb Dünən, 23:48 Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi Dünən, 23:48 28 yaşlı oğlan evlərinin həyətində ölü tapıldı Dünən, 22:48 TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb Dünən, 22:48 ABŞ-də edam qaydaları dəyişdirildi – güllələnmə də siyahıya əlavə olundu Dünən, 22:48 Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub Dünən, 21:48 Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazanıb Dünən, 21:48 Macarıstanda ilk: görmə məhdudiyyətli siyasətçi nazir təyin olundu Dünən, 21:48 Naxçıvanda ümumi uzunluğu 94 kilometrdən çox olan yollar əsaslı təmir olunacaq Dünən, 21:48 Abşeronda 17 nəfər saxlanılıb, 19 cinayətin üstü açılıb Dünən, 20:48 Bəzən yollar niyə təhlükəli "oyun meydanı"na çevrilir? Dünən, 20:48 Hikmət Hacıyev çinli nazirlə rəqəmsal sahədə əməkdaşlığı müzakirə edib Dünən, 20:48 Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir Dünən, 20:48 Bakı Təşəbbüs Qrupu: Ermənistanda azərbaycanlılara qarşı sistemli ayrı-seçkilik siyasəti aparılıb Dünən, 20:48 Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır Dünən, 20:48 Arif Əsədov: "İndiki vəziyyətdə "Neftçi" "Qarabağ"dan daha şanslı görünür" Dünən, 19:48 Qonşusunu müdafiə etdi, öz həyətində hücuma məruz qaldı - Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI Dünən, 19:48 Çexiya Baş nazirinin Azərbaycana səfər tarixi rəsmən elan edilib Dünən, 19:48 Netanyahuda erkən mərhələli xərçəng aşkarlanıb – müalicə uğurla başa çatıb Dünən, 19:48 Hörmüz boğazı ətrafındakı gərginlik Azərbaycana yüklərin gətirilməsinə necə təsir göstərib? Dünən, 19:48 Azərbaycan güləşçisi İslam Bazarqanov Avropa çempionatında finala yüksəlib Dünən, 19:48 Qobustanda həlak olan işçi ilə bağlı dəhşətli TƏFƏRRÜAT: "Müdiri deyib ki, gəlməsən, səni işdən çıxaracağam" Dünən, 18:48 IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır Dünən, 18:48 Suriyadan Azərbaycana gətirilən daha 5 nəfər psixososial dəstək prosesinə cəlb edilib Dünən, 18:48 PFL prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunub Dünən, 18:48 Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təsirləndirilir? Dünən, 18:48 Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb Dünən, 18:48 İki güləşçimiz yarımfinalda Dünən, 17:48 Binədə 9 mənzildən oğurluq edən şəxs həbs edilib Dünən, 17:48 Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb Dünən, 17:48 MEDİA: Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparılması ilə bağlı yayılan məlumatlar əsassızdır Dünən, 17:48 Bağça müdiri olmaq istəyənlərin diqqətinə Dünən, 17:48 Bakıda Atatürk və Antena parkları birləşdirilir - PARKİNQ LƏĞV OLUNUR Dünən, 17:48 Vinisiusu təhqir edən futbolçuya CƏZA VERİLDİ Dünən, 17:48 Ermənistan seçkiqabağı döyüş meydanına çevrilir? Dünən, 17:48 Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu Dünən, 16:48 Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib Dünən, 16:48 Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib Dünən, 16:48 Çoxmənzilli binalarda fərdi istilik sistemlərinə icazə halları müəyyənləşib Dünən, 16:48 AFFA və WUF13 Əməliyyat Şirkəti "Futbolda davamlı idarəetmə" mövzusunda birgə seminar təşkil edib Dünən, 16:48 Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib Dünən, 16:48 Bolt-dan yeni xidmət: 4,99 AZN ilə daha çox qənaət Dünən, 16:48 "Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR Dünən, 16:48 Küləkli hava davam edir - FAKTİKİ HAVA Dünən, 16:48 "Qarabağ"ın 9 oyunluq "Sabah" sindromu: Mircavadov Bakı klubunun yüksəlişini sevindirici hal sayır Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR