21-12-2023, 12:52 591

Məcnun Məmmədov:

Azərbaycan hökuməti əlverişli investisiya mühiti yaratmaqla aqrar sektoru investorlar üçün cəlbedici etmək üçün müxtəlif istiqamətlərdə iş aparır.

"AVESTA.AZ" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş "Kənd təsərrüfatı və qida sənayesi sahələrində dialoq: cari çağırışlar və müasir həllər" mövzusunda panel müzakirələrində bildirib.

"Bu baxımdan dövlət sektora subsidiyalar ayırır, kənd təsərrüfatı texnikalarını lizinqə verir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Bütün bunların nəticəsində ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını ortaya qoyur. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi-iqtisadi kursa uyğun olaraq bütün sahələrdə innovativ həllərin tətbiqi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Ölkəmizdə bütün sahələrdə innovasiyaların tətbiqi dövlət səviyyəsində dəstəklənir. Çünki, innovasiyalar hesabına məhsuldarlıq dəfələrlə artır, torpaq və su resurslarından daha səmərəli istifadə olunur, məhsulun maya dəyəri azalır, bununla da fermerlər daha çox gəlir əldə etmiş olurlar. Dövrümüzün tələblərinə uyğun olaraq rəqəmsal kənd təsərrüfatının inkişafı prioritet olmaqdadır. İstifadəyə verilmiş Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi şəffaflıq prinsipi əsasında fermerlərə istənilən yerdə və istənilən vaxt mobillik ilə bütün aqrar xidmətlərə asan çıxış imkanı yaradır. Müasir metodlara əsaslanan elektron xidmətlər aqrar sahədə zaman itkisinin qarşısını almaqla yanaşı fermerlərə operativ xidmət göstərir", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, rəhbərlik etdiyi qurumun əsas məqsədi milli ərzaq sistemlərinin inkişafı, ətraf mühitin mühafizəsi, ərzaq təhlükəsizliyi, ticarətin inkişafı və sosial məsuliyyəti balanslaşdıran davamlı kənd təsərrüfatı yaratmaqdır: "Hazırda ölkəmiz kənd təsərrüfatı sektoruna göstərilən dəstək mexanizmlərinə görə qabaqcıl ölkələrdən biridir. Sektor bütün növ vergi ödəmələrindən azad olunub. Fermerlərə dəstək üçün müxtəlif növ subsidiya, güzəşt və kredit mexanizmləri mövcuddur.Ölkədə kənd təsərrüfatının dayanıqlı inkişafında beynəlxalq əməkdaşlığın rolu böyükdür. Bu baxımdan Türkiyə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşıdır".

O əlavə edib ki, bu il Bakıda Türk Dövlətləri II Aqrobiznes Forumu keçirilib: "Forum çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin, o cümlədən Türkiyənin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib. Bu görüşlərdə kənd təsərrüfatının bütün sahələri üzrə əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi, iki ölkə arasında ticarət dövriyyəsində kənd təsərrüfatı məhsullarının xüsusi payının artırılması, aqrar sığorta, elmi tədqiqat və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsii istiqamətində tədbirlər görülməkdədir. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanın aqrar sığorta sistemi Türkiyənin TARSİM modeli əsasında qurulub, təkmilləşdirilməkdədir. Sığorta sistemi itkilərin aradan qaldırılması, istehsalın davamlılığı və qida zəncirində neqativ halların qarşısının alınmasında əsas vasitələrdən və alətlərdən biridir. Azərbaycanda aqrar sahədə əməkdaşlıq üçün perspektiv imkanları və əlverişli investisiya mühiti var. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə aqrar sahədə ixtisaslaşmış onlarla türk şirkəti iştirak edir. Festivallarda və sərgilərdə türk şirkətləri istehsal etdikləri müasir suvarma texnologiyalarını, gübrə, toxum və tingləri, istixana təsərrüfatı avadanlıqlarını nümayiş etdirirlər. Biz bu istiqamətdə şirkətlərin cəlb edilməsində və hər iki ölkənin özəl sektorlarının birgə fəaliyyətinin genişləndirilməsini dəstəkləyir və səylər göstəririk".

Paylaş

Xəbər lenti

Röya Ayxanın adından saxta konsert təşkil edib, bilet satdılar Bu gün, 01:48 "Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Dünən, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Dünən, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Dünən, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Dünən, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Dünən, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Dünən, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Dünən, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Dünən, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Dünən, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Dünən, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Dünən, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR