22-12-2023, 20:01 557

Bakıda

18-22 dekabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup "Diplomatiya Könüllüləri" üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsi təşkil olunub.

XİN-dən "Report"a bildirilib ki, diplomatiya həftəsi iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edərək Ulu Öndər Heydər Əliyevin, habelə ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrini dərin hörmət və minnətdarlıqla yad ediblər.

Daha sonra Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayevin iştirakı ilə layihənin açılış mərasimi keçirilib.

Layihənin Ulu Öndərin həyatı, daxili siyasəti və parlamentarizmin inkişafında xidmətlərinə həsr olunmuş ilk günü çərçivəsində iştirakçılar Azərbaycan Respublikası Prezidentinin Katibliyinin sabiq rəisi Dilarə Seyidzadə, Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ilə görüşüb, Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilmiş, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “İz” sənədli filmini izləyib, habelə Heydər Əliyev Mərkəzinə səfər ediblər.

“Diplomatiya Həftəsi”nin Ümummilli Liderin xarici siyasəti, habelə ordu quruculuğu fəaliyyətinə həsr olunmuş ikinci günü ərzində iştirakçıların Azərbaycan Respublikasının sabiq Baş naziri və xarici işlər naziri Həsən Həsənov, xarici işlər nazirinin müavini Fariz Rzayev, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə ilə görüşləri, habelə Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Hərbi Qənimətlər Parkına səfərləri təşkil olunub.

Ulu Öndər Heydər Əliyevin iqtisadi inkişaf və milli neft strategiyası barədə diplomatiya könüllülərinin məlumatlılığının artırılması məqsədilə iştirakçıların BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Media, ictimaiyyətlə əlaqələr və kommunikasiya Departamentinin rəis müavini Emin Axundzadə ilə görüşləri, SOCAR-ın inzibati binası və Heydər Əliyev adına Neft Emalı Zavoduna səfərləri həyata keçirilib.

Layihənin Ümummilli Liderin təhlükəsizlik orqanlarında fəaliyyəti, Yeni Azərbaycan Partiyasının yaradılmasında rolu, gənclər siyasəti, milli mətbuat və mədəniyyətin inkişafında xidmətlərinə həsr olunmuş dördüncü günü çərçivəsində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət Televiziyasının sədri Rövşən Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin sədri Vüqar Əliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının rəisi polkovnik Elşad Nəsirov, DTX-nin “Alyans” Veteranlar Birliyinin sədr müavini polkovnik Əli Orucov, Yeni Azərbaycan Partiyasının nümayəndələri, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdir müavini Yaşar Hüseynli ilə görüşlər keçirilib, Azərbaycan Dövlət Televiziyası və Azərbaycan Dövlət İnformasiya Agentliyinə səfərlər təşkil olunub.

Layihənin 5-ci günü təşkil olunan bağlanış mərasimində xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə və Kadrlar idarəsinin rəisi Raman Məmmədov iştirak və çıxış ediblər. Bağlanış mərasimində yeni qəbul olunmuş “Diplomatiya Könüllüləri”nə fəaliyyətlərində uğurlar arzulanıb, layihə iştirakçılarının çıxışları dinlənilib.

Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR