18-10-2023, 19:42 641

Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda konfrans keçirilib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda konfrans təşkil olunub.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Bildirilib ki, konfransda iştirak etmək məqsədilə Naxçıvanda səfərdə olan SOCAR-ın nümayəndə heyəti oktyabrın 16-da Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib.

Heydər Əliyev Muzeyini ziyarət edən SOCAR rəsmiləri Ümummilli Liderin həyat və fəaliyyətinə dair fotoşəkil və eksponatlarla tanış olublar. SOCAR tərəfindən muzeyə Ulu Öndər Heydər Əliyevin neft-qaz sənayesindəki əvəzsiz xidmətlərindən bəhs edən fotoşəkillər əsasında hazırlanmış markalar hədiyyə olunub.

Daha sonra SOCAR nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb. Görüşdə “Heydər Əliyev İli” çərçivəsində SOCAR tərəfindən təşkil olunan tədbirlər, təhsil sahəsində görülən işlər barədə məlumat verilib, sahə üzrə yeni təşəbbüslər müzakirə edilib. Bu xüsusda cari ilin iyununda Bakı Enerji Forumu çərçivəsində “Naxçıvan və Şərqi Zəngəzurun bərpaolunan enerji potensialı” mövzusunda xüsusi sessiyanın Naxçıvan şəhərində uğurla təşkil olunduğu vurğulanıb.

SOCAR ilə Naxçıvan Dövlət Universitetinin (NDU) rəhbər heyəti arasında NDU-da keçirilən görüşdə Ulu Öndərin Azərbaycanda elm və təhsilin inkişafı sahəsində apardığı məqsədyönlü siyasətdən bəhs olunub, bu istiqamətdə əldə olunan mühüm nailiyyətlərin təməlinin Ümummilli Lider tərəfindən qoyulduğu vurğulanıb. “Heydər Əliyev İli” çərçivəsində ölkəmizin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib, tərəflər arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşün sonunda SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə NDU arasında Anlaşma Memorandumu imzalanıb.

Daha sonra nümayəndə heyəti Naxçıvan Dövlət Milli Dram Teatrında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan sərgi, konfrans və konsert proqramında iştirak edib.

NDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadənin moderatorluğu ilə keçirilən konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin NDU-ya səfərlərini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə NDU-nun rektoru Elbrus İsayev, BANM-in rektoru Elmar Qasımov və NDU-nun “Beynəlxalq münasibətlər” kafedrasının dosenti Emin Şıxəliyev çıxış ediblər.

Sonda NDU-nun Konservatoriyasının Kamera Orkestrinin ifasında konsert proqramı təqdim olunub.

Paylaş

Xəbər lenti

Qızıl mədənində çalışan işçilərin MAAŞ PROBLEMİ: Ödənişlər niyə yubadılır? Bu gün, 00:48 Metalların qiymətləri rekord bahalaşacaq - SƏBƏB Dünən, 23:48 Kombilərlə bağlı MƏHDUDİYYƏTİN SƏBƏBİ: Yeni qayda mənzil qiymətlərini artıracaq? Dünən, 23:48 Ürək döyüntülərinin artması, əllərin əsməsi və ... - Həkimdən XƏBƏRDARLIQ Dünən, 23:48 İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib Dünən, 23:48 Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib Dünən, 23:48 Azərbaycanda birinci sinfə qəbulla bağlı yenilik edilib Dünən, 23:48 Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib Dünən, 22:48 KİV: İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib Dünən, 22:48 Kirayə mənzillərlə bağlı VACİB AÇIQLAMA - Qiymətlər... Dünən, 22:48 "Haber Global": "Bakı BMT-nin nüfuzlu tədbirinə ev sahibliyi edəcək" Dünən, 22:48 BƏƏ OPEC-dən çıxdıqdan sonra da tərəfdaşları ilə əməkdaşlığı gücləndirəcək Dünən, 22:48 İsrail HƏMAS komandirini öldürdü Dünən, 21:48 İran ordusunun generalı: ABŞ quru əməliyyatına cürət etməyib Dünən, 21:48 İran sülh sazişinin yenidən baxılmış variantını təqdim edə bilər Dünən, 21:48 Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər Dünən, 21:48 "Real Madrid" onunla müqaviləni uzatmaq istəyir Dünən, 21:48 Toyuq paketlərindəki gizli TƏHLÜKƏ Dünən, 21:48 Avropadakı diaspor təşkilatları Mamdaninin Azərbaycana əsassız ittihamı ilə bağlı bəyanat yayıb Dünən, 20:48 Leyla Əliyeva Qəbələdən ailəvi foto paylaşdı Dünən, 20:48 Öd kisəsi ilə bağlı yayılan 4 yanlış fikir – həkimlər xəbərdarlıq edir Dünən, 20:48 SEPAH Kürdüstan vilayətində antiterror əməliyyatı keçirib Dünən, 20:48 Azərbaycan gömrüyü mal və nəqliyyat vasitəsinin yoxlanılması aktını iki iş gününə təqdim edə bilər Dünən, 19:49 Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Dünən, 19:49 Tramp: "İran bizdən Hörmüz boğazını tezliklə açmağımızı istəyir" Dünən, 19:48 EBRD və Azərbaycanın Energetika Nazirliyi strateji "yol xəritəsi" üzrə əməkdaşlıq edir Dünən, 19:48 Qaxda canavarlar 5 baş qoyunu parçalayıb Dünən, 19:48 Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Dünən, 19:48 Bakıda sərxoş dostlar arasında dava ölümlə nəticələndi - TƏFƏRRÜAT Dünən, 18:48 DİQQƏT! Mayın 1-də saat 10:00-dan 16:00-dək... Dünən, 18:48 Bakıda 1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunubmuş Dünən, 18:48 Şəhiddən qalan SON FOTO: "Onunla hər yerə getdim, bircə şəhidlikdən başqa" Dünən, 18:48 Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək Dünən, 18:48 WUF13-ə hazırlıq məqsədilə nəqliyyatın monitorinqi çərçivəsində bir sıra küçələrdə tənzimləmələr tətbiq olunacaq Dünən, 18:48 "Azercell" tətbiqinə dostunu dəvət et, bonus qazan! Dünən, 18:48 Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr Dünən, 18:48 Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək Dünən, 18:48 Dövlət Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir Dünən, 18:48 Birləşmiş Ərəb Əmirlikləri mayın 1-dən OPEC+ sazişindən ayrılır Dünən, 17:48 Mətanət İsgəndərli illər əvvəl buna görə 20 kiloqram arıqlayıb Dünən, 17:48 Aktrisa 12 ilik həyat yoldaşından boşandı Dünən, 17:48 "Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar Dünən, 17:48 Süni intellektin taleyi məhkəmədə həll olunur: Mask və Altman üz-üzə Dünən, 17:48 Azərbaycan enerji təhlükəsizliyində alternativdən əsas marşruta çevrilir? - MÜHÜM MÜZAKİRƏ Dünən, 17:48 Türkiyədə aparıcının bu qısa geyimi tənqid edildi Dünən, 17:48 Mədəniyyət sahəsində qrantların verilməsi üçün yeni qaydalar hazırlanacaq Dünən, 17:48 Nadir Qafarzadədən anası ilə bağlı təsirli paylaşım Dünən, 17:48 Məşhur müğənni evlərini və maşınlarını satıb, kənddə 10 milyona zavod açdı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR