
Yevlax rayonunun Gülövşə kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, "VAZ-2106" markalı avtomobillə traktorun toqquşması nəticəsində 1965-ci il təvəllüdlü, N.Yusubova, 1970-ci il təvəllüdlü M.Qarayev və onun oğlu 2013-cü il təvəllüdlü Ü.Qarayev xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.