
Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Moskvada tədbir təşkil edib.
“Report”un Rusiya bürosunun məlumatına görə, tədbir Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən AMOR-un sədri Ceyhun Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə bütün Rusiya gəncləri adından təbrik edib: “Azərbaycan xalqının firavanlığı naminə möhtərəm Prezidentimizə möhkəm cansağlığı, uzun ömür arzulayıram”.
C.Hüseynov AMOR-un 14 il əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başladığını da xatırladıb: "Son bir il ərzində biz çoxsaylı tədbirlər keçirmişik. Gələn il bizi daha maraqlı tədbirlər gözləyir".
O, həmvətənlərini fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində səsvermədə fəal iştirak etməyə çağırıb: “Biz ilk növbədə fevralın 7-də Azərbaycan səfirliyinə gedib seçimimizi etməliyik”.
Tədbir gənc istedadların çıxışları ilə müşayiət olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.