
Rusiyanın Kuril adaları yaxınlığında 6,5 maqnitudada zəlzələ olub.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Rusiyanın Kurilsk şəhərindən 107 kilometr cənub-şərqdə olub. Zəlzələ ocağı isə 13 kilometr dərinlikdə yerləşib.
İtki və dağıntılar barədə məlumat daxil olmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.