28-12-2023, 14:19 381

Naxçıvan Ali Məclisinin payız sessiyasının sonuncu iclası keçirilib

Dekabrın 28-də Ali Məclis sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının doqquzuncu - sonuncu iclası keçirilib.

"AVESTA.AZ"un yerli bürosunun xəbərinə görə, toplantıda Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin illik fəaliyyəti ilə bağlı məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, Ali Məclis həm qanunvericilik sahəsində, həm də vətəndaş müraciətlərinə baxılması işində il ərzində səmərəli fəaliyyət göstərib. Ali Məclisə daxil olan müraciətlərin çoxu əmək, mülkiyyət hüquqlarının pozulması, su təminatı ilə bağlı məsələlər olub. Ali Məclis tərəfindən gələcək fəaliyyətlərdə bu istiqamətlər diqqətdə saxlanılacaq.

Anar İbrahimov qeyd edib ki, 2023-cü ildə bilavasitə Ali Məclisin fəaliyyəti ilə bağlı olan 3 yeni qanun layihəsi qəbul edilib. Bu, Ali Məclisin qanunvericilik fəaliyyətinin genişlənməsi deməkdir.

Cari məsələlərin müzakirəsi zamanı deputatlardan Turan Məmmədli, Hacıfəxrəddin Səfərli, Yazgül Rzayeva, Əmir Babayev təmsil etdikləri seçki dairələri üzrə bir sıra məsələləri diqqətə çatdırıblar.

Deputat Elman Cəfərli şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təkliflərini qeyd edib, 2024-cü il növbədənkənar prezident seçkilərində əhalini fəal olmağa çağırıb.

Anar İbrahimov şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı deputat Elman Cəfərli tərəfindən verilən təkliflərin Ali Məclisin Humanitar siyasət komitəsi tərəfindən araşdırıldıqdan sonra növbəti yaz sessiyasında məlumat verilməsi ilə əlaqədar tapşırıq verib.

Deputatlardan Aidə Cəlilzadə, Nüsrət Həsənov, İsmayıl Qəribli və Yeganə Məmmədova da çıxış edərək seçicilərinin qaldırdığı məsələləri qeyd edib, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münbasibətilə təbriklərini çatdırıblar.

Ali Məclis sədrinin müavini Anar İbrahimov bildirib ki, bu gün biz həm sessiyaya, həm də bu ilə, yəni 2023-cü ilə yekun vururuq. Qarşıdakı ildə Ali Məclisin daha da funksional işləməsi üçün çalışmalıyıq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 1.5-ci maddəsinə əsasən payız sessiyası dekabrın 30-dək davam edir. Daxili Nizamnamənin 1.4-cü maddəsinə əsasən deputatlar yanvarın 1-dən 15-dək tətilə buraxılırlar və tətil dövründə deputatlar məzuniyyətdə sayılırlar.

Anar İbrahimov iclas iştirakçılarını və muxtar respublikanın bütün sakinlərini qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Ali Məclisin sədr müavini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Ali Məclisin 2023-cü il payız sessiyası başa çatıb.

Paylaş

Xəbər lenti

Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR