5-01-2024, 21:32 565

“Rəhmətlik nənəm əlimdən tutub məni İrəvanda məscidə aparırdı”– Qərbi Azərbaycan Xronikası 

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Atam itkin düşən bacısını 1962-ci ildə Türkiyədə tapdı” adlı buraxılış qədim İrəvan şəhər sakini Mübariz Tağıyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, məktəb illərində oynadıqları oyunlardan, musiqiyə olan marağından söz açıb: “Atam kaman ustası idi. Ancaq məni o alət nəsə uşaqlıqdan cəlb etmirdi, axtarışda idim. Mənə estrada musiqisi daha yaxın idi. Ona baxmayaraq bizim evdə bütün vaxtlarda həmişə muğam səslənib. Atamı İrəvanda çox yaxşı tanıyırdılar. Yaxşı sənətkar idi. Mənə hər bir şeyi öyrədirdi”.

Onun sözlərinə görə, orta məktəbdə və gənclik illərində rok musiqisi ilə məşğul olub, üzgüçülükdə uğurlar qazandığı üçün İrəvanda İdman İnstitutuna qəbul olunub: “Orada erməni psixoloq müəllim var idi, dedi ki, sən burada oxuya bilməzsən, sənə qiymət yazmayacam, çünki sən türksən. Düz 11 dəfə zaçot yazmadı, məni təhqir etdi. Onu yumruqla vurdum və oranı tərk etdim”.

M.Tağıyev İrəvanın girişində olan türbəni, Təpəbaşı (Kond) məhəlləsini xatırladıb: “Orada azərbaycanlı evləri, məscidlər var idi. İrəvanda 11-ə yaxın məscid olub. Bizim məktəbin düz yanında məscid var idi. Gördük ki, barelyef kimi böyük bir daşın üstündə Andranikin şəkilidir, ancaq onun adını yazmayıblar. Gətirdilər onu ora qoydular. Rəhmətlik nənəm əlimdən tutub məni o məscidə aparırdı. Sonra onu da dağıtdılar, kül etdilər”.

İrəvan sakini erməni qırğınından, deportasiyadan və ailəsinin doğma evlərini necə tərk etməsindən danışıb: “1915-ci ildə daşnaklar talanlar ediblər. Babamın baqqal dükanını dağıdıb kül ediblər. Nənəm həmişə deyirdi ki, Züleyxa qızım o qırğnlar vaxtı itkin düşüb. Onu 1962-ci ildə atam Türkiyədə tapdı. O vaxt qonşu öz uşaqları ilə bir yerdə qızı götürüb aparıb və sonra sərhəd qapısı bağlanıb. Deportasiyanı ermənilər azərbaycanlıları məcbur köçürmək üçün edirdilər. Ermənistan Dövlət Estrada Orkestrı ilə Abovyan, Yurmala şəhərində konsertlər zamanı daşnak ermənilər ifama maneələr törədir, narazılıq edirdilər. Nəhayət, atam mən əsgərliyə gedəndən sonra 1973-cü ildə ailəmizi Bakıya köçürdü”.

O, 20 ilə yaxın Bakıda Mahnı Teatrında işlədiyini, həyata yenidən başlamağın asan olmadığını deyib: “Mən Bakıya alışa bilmirdim. Çünki İrəvan Vətənim idi, orada doğulub böyümüşəm. Hərdən bir fikirləşirdim ki, bir anlığa gedəydim, heç olmasa nənəmin, hansıki məni böyüdüb, gedəydim o qəbri görəydim, qardaşımın, babalarımın qəbrini görəydim. Sonra xəbər gəldi ki, oranı tarımar ediblər, qəbir yoxdu, hər bir şey şumlanıb. Vətənimizə qayıtmalıyıq ona görə ki, o bizim torpaqlardı, bizim Vətəndi. Ora uydurma, düzəldilmiş ermənilərin deyil. İrəvan şəhəri tarixən Azərbaycanındı. 44 günlük müharibə bizim qeyrət-namusumuzu qaytardı. Bu Vətənə qayıdış yüz faiz olacaq. Mən buna yüz faiz əminəm”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 5-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR