
İraq 2024-cü ildə ölkəyə neft məhsullarının idxalını tamamilə dayandırmağı planlaşdırır.
"AVESTA.AZ"un məlumatına görə, bunu İraqın Neft Nazirliyinin rəsmi nümayəndəsi Assem Cihad deyib.
“2024-cü ildə İraq yerli istehsala üstünlük verəcək və neft emalı zavodları istehsala başladıqdan sonra idxalda azalma olacaq.
Qeyd edək ki, İraq yerli bazar çatışmazlığını doldurmaq üçün bəzi neft məhsulları, o cümlədən təkmilləşdirilmiş benzin idxal edir.
İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ötən il aprelin 1-də deyib ki, hökuməti idxalı aradan qaldırmaq üçün neft emalı zavodlarının istehsal gücünün artırılması istiqamətində işlərə böyük əhəmiyyət verir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.