11-01-2024, 22:03 522

Qərbi Azərbaycan Xronikası: “Erməni ordusu sərhəddən ən az beş kilometr geri çəkilir”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Report" xəbər verir ki, süjetdə rəsmi İrəvanın təklif etdiyi “güzgü prinsipi”, eləcə də “Aniv” Erməni Araşdırmalarının İnkişafı və Dəstəyi Fondu tərəfindən irəli sürülən “Ermənistan qoşunları Gorusdan tamamilə çıxarılır, Azərbaycan ordusu isə Sevan (Göyçə) gölünü tam nəzarətə götürür” iddiası ilə bağlıdır.

Bildirilir ki, “güzgü prinsipi”, yəni qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi Azərbaycan ordusunun dövlət sərhədində strateji yüksəkliklərə nəzarəti itirməsinə hesablanmış plandır. “Aniv” fondu isə bu planın Göyçənin Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələnəcəyini yazır və Ermənistan üçün təhlükəli olduğunu iddia edir.

Diqqətə çatdırılır ki, bu iddialar Ermənistanda ictimai rəyi hakimiyyətə qarşı yönləndirmək kimi görünür: “Ermənistanda qorxu yaradan əsas amil Azərbaycan Ordusunun sərhəd boyu ərazilərdə strateji mövqelərə sahib olmasıdır. Hərçənd, rəsmi Bakı ən yüksək səviyyədə yeni müharibədə maraqlı olmadığını dəfələrlə bəyan edib. Bundan sonra Azərbaycanın əsas hədəfi danışıqlar yolu ilə sülhə nail olmaqdır”.

Qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında müharibə riski mövcuddur, xüsusilə rəsmi İrəvanın sülh gündəliyini arxa plana keçirmək və yeni şərtlər yaratmaq məqsədilə hərbi təxribatlara başlaması planları istisna edilməməlidir: “Lakin hazırda sülh gündəliyi ön plandadır və hər şey Ermənistandan asılıdır, çünki rəsmi Bakı yaxın dövrdə ən azı sülh sazişi ilə bağlı niyyət sənədinin imzalanmasında maraqlıdır. 44 günlük müharibədən sonra Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməməsi, xüsusilə Zəngəzur dəhlizindən imtina etməsi prosesin reallaşmasını çətinləşdirib. Sülhdə maraqlı olan Azərbaycan isə prosesi sürətləndirmək məqsədilə sərhədin delimitasiyasının sonraya saxlanılması təklifini irəli sürüb. Çünki delimitasiya uzunmüddətli işdir, əgər sülh sazişi sərhədin müəyyən edilməsi çərçivəsində müzakirə edilərsə, bu halda sazişin imzalanması üçün illər lazım olacaq. Eyni zamanda, sovet xəritələrinin saxlanıldığı Rusiyanın prosesə qoşulması ilə nəticələnəcək ki, bu da ikitərəfli formatda danışıqların pozulması ilə nəticələnə bilər”.

Sonda vurğulanır ki, Azərbaycan regionun təhlükəsizliyi və gələcəyi naminə sülh sazişinin imzalanması önündəki əngəlləri aradan qaldırmaq ssenarisindən çıxış edir: “İndi top Ermənistanın meydanındadır. Belə ki, sülh sazişinin imzalanması üçün ya Bakının haqlı tələblərini qəbul etməli, yəni Naxçıvana “maneəsiz keçid” verməli və azərbaycanlı qaçqınların öz evlərinə qayıdışını təmin etməli, ya da Azərbaycan əsgərinin silahının kölgəsi altında “dalan ölkə” kimi qalmaq taleyi ilə barışmalıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Paylaş

Xəbər lenti

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR